/ / Adil Əliyev: Fransa Senatının qəbul etdiyi sənəd bu ölkənin üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
Adil Əliyev: Fransa Senatının qəbul etdiyi sənəd bu ölkənin üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
27.11.2020 [09:15]
Fransa Senatında “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə “jus cogens” normalarının tələblərinə də tamamilə ziddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib: “Bir məqamı da qeyd etmək istərdim. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur. Həmin qətnamələrin qəbulunda iştirak edən Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də məhz Fransadır. Fransa bu 4 qətnamənin qəbul edilməsinə səs verib. Eyni zamanda, Fransa Ermənistanın təcavüzü nəticəsində baş vermiş münaqişənin həlli ilə əlaqədar yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Bütün bunlara baxmayaraq, Fransanın bu müddət ərzində heç bir mövqe ortaya qoymaması, üstəlik, belə bir sənədin Senat tərəfindən qəbul edilməsi onu deməyə əsas verir ki, bu ölkə heç vaxt bu münaqişənin tənzimlənməsini istəməyib. Fransa bir vasitəçi olaraq üzərinə götürdüyü heç bir öhdəliyi icra etməyib.
Senatın qəbul etdiyi sənədin mahiyyətcə tövsiyə xarakteri daşımasına baxmayaraq, bu onu deməyə əsas verir ki, Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin bu təsisata güclü təsiri var. Yəni, Fransa öz devizində nəzərdə tutduğu “bərabərlik, qardaşlıq və azadlıq” ideyalarına yad qərarlar qəbul edir. Fransanın “Azadlıq” anlayışını illərlə Əlcəzair və digər Afrika ölkələrində yürütdüyü müstəmləkəçilik siyasətində görmək mümkündür. Fransanın öz mənfəəti qarşılığında bu dövlətlərin bütün təbii sərvətlərini talan etdiyini, vətəndaşlarına qarşı soyqırımlar törətdiyini bütün dünya bilir. İşğalçılıq, təcavüzkarlıq Fransa və Ermənistanın ortaq dəyərləri olaraq qəbul edilməlidir”.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Fransa Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən dəfələrlə səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Lakin Senatın belə bir sənəd qəbul etməsi onu deməyə əsas verir ki, Fransa özünü Ermənistandan daha artıq erməni dövləti hesab edir. Fikrimizcə, bu məsələdə Fransa tərəfsiz olmalı, sülhün bərqərar olmasında Rusiya və Türkiyə kimi yaxından iştirak etməli idi.
“Ermənistan öz məğlubiyyətini qəbul edərək kapitulyasiyanı imzalayıb və bundan irəli gələn öhdəlikləri yerinə yetirir. İlkin olaraq Ağdam şəhəri və rayonun kəndlərindən, dünən isə Kəlbəcər rayonundan düşmən öz qoşunlarını çıxarıb. Bu ərazilər Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Ermənistanın kapitulyasiya şərtlərini və beynəlxalq hüquqa uyğun olaraq üzərinə götürdüyü vəzifələri yerinə yetirdiyi vaxtda Fransanın belə bir sənəd qəbul etməsi onu deməyə əsas verir ki, bu dövlət münaqişənin tənzimlənməsində maraqlı olmayıb. Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması daha yaxşı olardı. Belə bir qətnamə qəbul edən ölkə nəinki Azərbaycan, dünyanın digər dövlətləri ilə də bərabər münasibətlər qura bilməz”, - deyə Adil Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

