/ / Musa Quliyev: Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir
Musa Quliyev: Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir
12.12.2020 [00:16]
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz Öz fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırıb: “Ümummilli Liderimiz müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində misilsiz xidmətlər göstərib. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, Öz gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaradıb, onun müstəqilliyini əbədi və dönməz edib, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib”, - deyən Musa Quliyev vurğulayıb ki, bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin.
Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri yaradılmış zəngin baza əsasında müvəffəqiyyətlə icra edə biləcək, xalqın dəstək verdiyi uğurlu Lideri yetişdirmək olub: “2003-cü ildən sonrakı 17 il ərzində müstəqil Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm nailiyyətlər bu seçimin nə qədər böyük tarixi əhəmiyyətə malik olduğunu bir daha əyani sübuta yetirir. Və əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində misilsiz nailiyyətlər əldə olunub: “Onu da deyim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı xalqımıza unudulmaz zəfər bəxş etdi, bu zəfər Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edildi”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

