Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək
21.04.2010 [09:19]
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət artıq uzun illərdir ki, davam edir. 20 faizə yaxın torpaqları işğal altında olan, əhalisinin 1 milyona yaxını qaçqın və məcburi köçkün düşən ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin konstruktiv, sülh yolu ilə həll edilməsinə çalışır. Təəssüf ki, işğalçı tərəf-Ermənistan Azərbaycanın sülh istəklərinə adekvat cavab vermir. Nəticədə isə həm Azərbaycana qarşı aparılan işğalçı siyasət davam edir, həm də beynəlxalq hüquq normaları kobud şəkildə pozulur.
Ermənilər Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşü zamanı diqqətə çatdırıb. Ermənilərin azərbaycanlılara qarşı müharibə cinayətləri törətdiklərini bildirən Prezident 1992-ci ildə Xocalıda 600-dən çox mülki şəxsin qətlə yetirildiyini və orada soyqırımı törədildiyini deyib. Prezident İlham Əliyev bildirib ki, ermənilər tərəfindən həyata keçirilən bütün işgəncə faktları, cinayətlər sənədləşdirilib və bu, XX əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. Dövlət başçısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğalın hələ də davam etdirildiyini söyləyib.
Həqiqətən də, bu gün Ermənistan işğal faktını davam etdirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, vəziyyəti və nəyin baş verdiyini, təcavüz qurbanının kim olduğunu aydın şəkildə əks etdirən Avropa Şurasının qətnamələrinə məhəl qoymur. Bu isə beynəlxalq hüququn tapdanması, bir ölkənin sərhədlərinin zorla dəyişdirilməsi və etnik təmizləmə faktıdır. Ermənistan nəinki beynəlxalq hüququn təməl prinsiplərinə və adi insani davranışlara məhəl qoymur, o cümlədən, əsas beynəlxalq təşkilatların qərarlarına da riayət etmir. 18 ildir ki, münaqişənin həllində vasitəçi qismində iştirakçı olan ATƏT-in Minsk qrupu isə əsaslı bir nəticəyə nail ola bilməyib.
Bununla belə, danışıqlar mühüm bir mərhələsini yaşayır. Hər iki tərəf vasitəçilərin hazırladıqları təkliflərə öz mövqeyini bildirməlidir. Artıq dəfələrlə qeyd edilib ki, Azərbaycan Rusiya, Fransa və Birləşmiş Ştatların bu yaxınlarda verdikləri təklifə prinsip etibarilə müsbət yanaşır. Təəssüf ki, bu məsələdə də Ermənistan konstruktiv mövqe sərgiləmir. Bu gün rəsmi Yerevanın tutduğu mövqe danışıqların imitasiyasına və vaxtın uzadılmasına xidmət edir. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, Ermənistan tərəfi status-kvonu mümkün olduqca uzun müddət ərzində davam etdirmək niyyətindədir. Dövlət başçısı bildirib ki, beynəlxalq təsisatlar və qurumlar tərəfindən Ermənistana güclü mesajlar olmadan, məsələni dinc yolla həll etmək çətin olacaq: “Azərbaycan məsələni sülh yolu ilə həll etmək istəyir. Belə olmasaydı, biz on səkkiz il danışıqlar aparmazdıq. Halbuki, Azərbaycan öz torpaqlarını BMT-nin xartiyasına görə istənilən vasitə ilə azad etməkdə tam hüquqa malikdir. Lakin məsələnin sülh yolu ilə həllinə sadiqliyimiz Qafqazda sülh və sabitliyin mühüm amillərindən biridir. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsini həll etmədən Qafqazda sabitliyə nail olmaq mümkün olmayacaqdır. Problemi həll etmək üçün Ermənistan uzun müddət ərzində beynəlxalq ictimaiyyətin fəal səyləri ilə hazırlanmış rəylə razılaşmalı və işğalçı qüvvələrini ərazilərimizdən çıxarmağa başlamalıdır”.
Dövlət başçısının bildirdiyi kimi, bu gün bütün beynəlxalq normalar, sənədlər Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verir. Bu isə o deməkdir ki, ölkəmiz artıq Ermənistanın imitativ manevrləri ilə razılaşmayacaq və rəsmi Yerevandan münaqişənin həlli ilə bağlı konkret mövqe tələb edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan artıq bütün dinc vasitələrdən istifadə edib. Ərazi bütövlüyümüzün təmin olunması üçün ölkəmizin həm ordu potensialı, həm də iqtisadi gücü yetərlidir. Bir məqamı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan yerləşdiyi Cənubi Qafqaz bölgəsinin lider dövlətidir və regionda reallaşan layihələrin əsas təşəbbüskarı və iştirakçılarından biridir. Ermənistan isə öz işğalçı siyasəti nəticəsində regionun ümumi inkişaf tempindən geri qalır. Bu baxımdan, Azərbaycanın danışıqlar vasitəsilə sülhə nail olmayacağı təqdirdə başqa vasitələrlə öz ərazilərini işğaldan azad edəcəyi labüddür. Ermənistanın bu gerçəyi anlaması onun öz xeyrinə ola bilər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

