/ / Elşad Musayev: İşğaldan azad olunan ərazilərdə müvəqqəti idarəetmə strukturlarının yaradılması mühüm addımdır
Elşad Musayev: İşğaldan azad olunan ərazilərdə müvəqqəti idarəetmə strukturlarının yaradılması mühüm addımdır
09.02.2021 [09:19]
“İşğaldan azad olunan ərazilərdə müvəqqəti idarəetmə strukturlarının yaradılması mühüm addımdır. Belə ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi, yeni strukturların rəhbərləri ilə bütün ərazilərin planlı şəkildə bərpa edilməsinin nəzərdə tutulması özbaşına və qanunsuz fəaliyyətin qarşısını alacaq”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması və Prezident Administrasiyasının rəhbərinin bu quruma sədr təyin edilməsi görüləcək işlərin səmərəliliyinə xidmət edəcək: “Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi son müsahibədə subardinasiya məsələsinə toxunması da təsadüfi deyildi. Yəni azad edilmiş ərazilərdə görüləcək bütün işlər mərkəzləşdirilmiş qaydada həll olunacaq. Bu baxımdan Prezidentin bəzi məmurların yersiz cəhdlərini tənqid etməsi, xüsusilə önəmlidir”.
E.Musayev deyib ki, atılan addımları müsbət qiymətləndirmək lazımdır: “Bütün işlər planlı şəkildə görülməlidir. Əvvəlcə ərazilər minalardan təmizlənməlidir. Eyni zamanda, Prezidentin xüsusi vurğuladığı kimi, dəyən ziyanın qiymətləndirilməsi işğalçı Ermənistana qarşı açılacaq təzminat davasında mühüm rol oynayacaq. Gələcəkdə işğalçıdan təzminat tələbində uğur əldə etmək üçün bu işlər görülməlidir. Bundan sonra infrastruktur layihələri icra ediləcək. Azad olunmuş ərazilərdə “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Digər mühüm məsələ isə bərpa işlərinə ictimai nəzarətin təmin olunmasıdır. Prezidentimizin qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə görüləcək bərpa işlərinə mütləq ictimai nəzarət olmalıdır. Bu məsələnin öz həllini tapması mühüm əhəmiyyət kəsb edir”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

