"Azərbaycanşünaslığın aktual problemləri"
06.05.2010 [13:04]
Qonaqlar əvvəlcə ümummilli liderin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olublar.
Konfransı NDU-nun rektoru, akademik İsa Həbibbəyli açıb. Qeyd olunub ki, konfrans elmi-ictimai fikrin inkişafına böyük töhfə verəcək. “Heydər Əliyev və Azərbaycançılıq təlimi: ədəbi düşüncədən böyük siyasətə qədər” mövzusunda məruzə edən İsa Həbibbəyli deyib ki, Azərbaycanın tarixi qədim olsa da, Azərbaycanşünaslığın tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. İlk dəfə 1882-ci ildə Tiflisdə çap olunan “Qafqaz” qəzetində “azərbaycanlı” sözü işlədilib. Sonra “Kəşkül” qəzetində “azərbaycanlı milləti” sözündən istifadə olunub, 1891-ci ildə Məhəmmədağa Şahtaxtılı “Kaspi” qəzetində həm millətimizin adını, həm də yaşadığı məkanı elmi şəkildə əsaslandırıb. 1917-ci ildə Cəlil Məmmədquluzadə haradır Azərbaycan sualına tam cavab verib. Azərbaycançılığı ədəbi düşüncədən böyük siyasətə Heydər Əliyev gətirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bu ideologiyanı dünya azərbaycanlıları səviyyəsinə qaldırıb. Azərbaycançılıq ideologiyasını öyrənən elm isə azərbaycanşünaslıqdır. Bu elm sahəsində bəzi nailiyyətlər əldə olunub. Lakin qarşıda duran məsələlər də az deyil. Əminik ki, bu konfrans azərbaycanşünaslıq elmini yeni müddəa və tezislərlə daha da zənginləşdirəcək.
Sonra professor Hafiz Paşayev çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyev beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarını çox dəqiqliklə qoruyan siyasət yürüdürdü. Rəsmi səfərləri zamanı ABŞ siyasi elitasının ən mötəbər adamları ilə görüşən Heydər Əliyev bu böyük dövlətin dəstəyini qazandı və bölgədə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasına nail oldu. Heydər Əliyev xaricdə hamı üçün çox maraqlı şəxsiyyət idi. Bütün siyasi xadimlər Onunla görüşüb söhbət etməyə can atırdılar. Ondan öyrənirdilər. Bir sıra beynəlxalq məsələlərin həllində Ondan məsləhətlər alırdılar. Heydər Əliyevin Azərbaycana olan sevgisi Onun yorulmağına imkan vermirdi. Gün ərzində saatlarla keçirilən danışıqlara və görüşlərə yeni enerji ilə qatılırdı.
Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi qayğıdan danışan professor Kamal Abdulla deyib ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə respublikamızın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azətbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olub. Azərbaycan dilində çox səlis danışaraq dilçi alimləri belə heyran edirdi. Heydər Əliyev həmişə vurğulayırdı ki, bir neçə dil bilmək çox yaxşı işdir. Amma gərək hər kəs öz dilini yaxşı bilsin və bu dildə danışsın.
çıxışlardan sonra Y.Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçirilib.
Sonda NDU-nun konservatoriyasında konfransın bədii hissəsi olub.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

