AZƏRTAC-ın tərəfdaşı olan “China Daily” qəzetinin nəşrə başlamasından 40 il ötür
03.06.2021 [08:56]
Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzetinin nəşrə başlamasının 40 ili tamam olub. 1981-ci il iyunun 1-dən dərc olunan “China Dialy” qəzeti ötən müddətdə böyük inkişaf yolu keçərək, milli nəşrdən dünya səviyyəli media qurumuna çevrilib. Hazırda qəzetin çap versiyasının abunəçilərinin və rəqəmsal platformalar üzrə oxucularının sayı 350 milyondan çoxdur.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin yubiley münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrik məktubunda “China Daily”nin Çinin son 40 illik islahat və inkişaf dövrünə şahidlik etdiyini, müxtəlif ölkələrlə informasiya mübadiləsinin və təmasların dərinləşməsi istiqamətində səylə çalışdığını vurğulayıb.
“China Daily” Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir, xarici ölkələrdə böyük populyarlıq qazanıb. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
Qeyd edək ki, Azərbaycan həqiqətlərinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının, qazandığı uğurların dünyaya çatdırılması işində xarici media qurumları ilə sıx əməkdaşlığa böyük önəm verən AZƏRTAC nüfuzlu “China Daily” qəzeti ilə də səmərəli münasibətlər qurub. Bu əlaqələrin təməli 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən birinci Media Sammiti zamanı qoyulub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun başçılıq etdiyi nümayəndə heyətinin qəzetin rəhbərliyi ilə keçirilən görüşündə tərəflər əlaqələrin genişləndirilməsinə dair razılıq əldə ediblər.
Qeyd edək ki, AZƏRTAC ilə “China Daily” “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platforması çərçivəsində də sıx əməkdaşlıq edir. AZƏRTAC-ın da təsisçisi olduğu bu platforma Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılıb.
“China Daily” ötən müddətdə Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni sahələrdə qazandığı uğurlar, 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər barədə AZƏRTAC-ın Çin dilində informasiyalarını öz kanalları ilə yayıb və bu iş mütəmadi davam etdirilir.
Tərəflər xəbər mübadiləsi ilə yanaşı, jurnalistlərin təlim proqramları da daxil olmaqla, bir neçə səmərəli və məhsuldar layihələr həyata keçiriblər. Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “China Daily” tərəfindən “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

