/ / Pakistan Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Pakistan Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
04.06.2021 [09:28]
İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova görüşü açaraq Azərbaycan parlament nümayəndə heyətinin Pakistana səfərini, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirakını, orada müzakirə olunan məsələləri yüksək dəyərləndirib, rəsmi səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Bildirilib ki, ilk dəfədir Azərbaycan və Pakistan parlamentlərinin dostluq qrupları belə bir formatda görüşürlər. Bu görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.
Spiker bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətinin bariz təcəssümüdür. Münasibətlərimizin hüquqi bazasını təşkil edən imzalanmış sənədlər sırasında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi vurğulamaq olar.
Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi müstəvidə də özünü göstərir.
Sahibə Qafarova deyib ki, mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlərimiz xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə mühüm əhəmiyyətli sosial-humanitar layihələr həyata keçirilib. Məhz bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva Pakistanın Ali Ordeni - “Hilal-e Pakistan” ilə təltif olunub.
Sədr qeyd edib ki, 2020-ci il Azərbaycan-Pakistan qardaşlığının tarixində yeni parlaq səhifə açıb. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü reallaşdırıb. Məhz bu dönəmdə Pakistan Azərbaycanın apardığı Vətən müharibəsinin ilk günlərindən qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın haqlı mövqeyini müdafiə edib, ölkəmizə siyasi və mənəvi dəstək göstərib. Təqdirəlayiqdir ki, Pakistan bu günədək Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətə görə bu ölkəni dövlət kimi tanımayıb. Sahibə Qafarova Xocalı soyqırımını pisləyən sənədlərin qəbuluna görə Pakistan parlamentinin hər iki palatasına - Milli Assambleyaya, Senata və dostluq qrupuna, həmçinin Pakistan hökumətinə, o cümlədən Pakistan xalqına minnətdarlığını bildirərək deyib: “Vətən müharibəsi dönəmində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələr, mübaliğəsiz demək olar ki, bizim üçün əsl mənəvi dəstək olub. Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və həmin ilin oktyabrında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnamənin Milli Assambleyanın plenar iclasında qəbulunu çox yüksək qiymətləndiririk və Pakistan parlamentindəki dostlarımızın bu səylərini alqışlayırıq”.
Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi isə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və qayıdış dövrü başlayıb. Belə ki, düşmən işğal etdikləri ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Onlar hətta müqəddəs ziyarətgahlarımızı, məscidlərimizi də təhqir ediblər.
Spiker bildirib ki, münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Ermənistan işğaldan azad olunan torpaqlarımızda minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Həmçinin Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorist qrupları göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş təxribatçıları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.
Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları ən geniştərkibli qruplardan hesab edilir. Pakistanın Azərbaycanla parlamentlərarası dostluq qrupunda həm Milli Assambleyanın, həm də Senatın üzvləri təmsil olunurlar.
Görüşdə çıxış edən Pakistan Senatının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud Azərbaycan nümayəndə heyətini Pakistan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Pakistan Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir və bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişaf etməsi həyatın digər sahələrində də əlaqələrimizin dərinləşməsinə töhfə verər.
Pakistanlı senator Vətən müharibəsində ölkəmizin əldə etdiyi zəfər münasibətilə Azərbaycan tərəfini təbrik edərək Pakistan parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib. Bildirilib ki, Azərbaycanın uğurları Pakistan xalqını da sevindirir.
Senator hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarında təmsil olunmuş deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərimizin beynəlxalq platformalarda sıx-sıx görüşlərinin önəmindən danışıb. Qeyd edib ki, bu cür tədbirlər tərəfləri düşündürən məsələlərin müzakirəsi və ortaq mövqe nümayiş etdirilməsi baxımından çox vacibdir.
Milli Assambleyada Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi Mürtəza Cavid Abbasi, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva çıxışlarında dostluq qruplarının bu formatda görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb, iki ölkənin parlament üzvlərinin gələcəkdə də görüşlər keçirməsinin vacibliyindən danışıblar. Deputatlar çıxışlarında parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək azərbaycanlı və pakistanlı deputatlar arasında ilk dəfə bu formatda keçirilən görüşə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

