Bu müharibə zamanı qardaş Türkiyə hər an yanımızda oldu
17.06.2021 [10:33]
Vətən müharibəsində Azərbaycana verdikləri dəstəyə görə Türkiyənin Anadolu Agentliyinə və TRT kanalına plaket verilib
Vətən müharibəsində Azərbaycana verdikləri dəstəyə görə Türkiyənin Anadolu Agentliyinə və TRT kanalına plaket verilib. Plaket Xəzər Universiteti və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu tərəfindən təqdim edilib. Bununla bağlı Xəzər Universitetində keçirilən tədbiri giriş sözü ilə açan tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu 44 günlük Vətən müharibəsinin Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
O, qeyd edib ki, bu müharibə zamanı qardaş Türkiyə hər an yanımızda oldu: "Eyni zamanda, Türkiyə mətbuatı, xüsusilə də Anadolu Agentiyi və TRT müharibənin hər dəqiqəsi barədə dünyaya doğru məlumatlar çatdırdılar. Xəzər Universiteti, həmçinin Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu hər iki qurumu bu fədakar fəaliyyətinə görə xüsusi plaketlə mükafatlandırmaq qərarına gəlib".
"Biz gücün ədaləti təmin etməsini Vətən müharibəsində gördük". Bunu isə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı deyib. O, qeyd edib ki, dünya hər zaman ədalətə möhtacdır. Lakin bəzən bu ədaləti təmin etmək üçün gücdən istifadə etmək lazım gəlir. İkinci Qarabağ müharibəsində biz bunun bir daha şahidi olduq. H.İsaxanlı bu müharibədə qardaş Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini də vurğulayıb.
Mərasimdə çıxış edən TRT-nin Genel müdürü İbrahim Eren bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər bütün Türk dünyasını qürurlandırdı:"Anadolu Agentliyi ilə birlikdə dünyaya haqqı, yüz illər boyu müdafiə etdiyimiz dəyərləri dünyanın yeni silahı olan media vasitəsilə anladırıq. Biz, eyni zamanda, 44 günlük Vətən müharibəsində qardaş Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq üçün fəaliyyət göstərdik. TRT-nin müxbirləri yaşananları bütün dünyaya çatdırdı. Bundan da qürur duyuruq. Hesab edirəm ki, TRT olaraq üzərimizə düşən vəzifələrdən biri də bu dağıntıları, Ermənistanın müharibə cinayətlərini çəkib dünyaya nümayiş etdirməkdir. Bu məqsədlə sənədli filmlər çəkməyi planlaşdırırıq".
Anadolu Agentliyi Yönetim Kurulu başkanı ve Genel müdürü Serdar Karagöz isə çıxışında öncə Agentliyin yaranma tarixi barədə danışıb. O, Türkiyədəki Milli Mücadilə dönəmində milli mətbuatın, xüsusilə də Anadolu Agentliyinin dezinformasiyaların qarşının alınmasındakı rolundan bəhs edib. Agentliyin Milli Mücadilə zamanı Türk Ordusuyla birlikdə vacib bir missiyanı üzərinə götürdüyünü xatırladıb. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi zamanı da Agentliyin 101 il öncəki təcrübəsindən istifadə edilib:"Beləliklə də Azərbaycanın haqq savaşında Anadolu Agentliyi, TRT telekanalı bütün xəbərləri dünyaya birinci olaraq çatdırırdı. Həm Türkiyəyə, həm Azərbaycana, həm də dünyaya ən doğru xəbərləri verdik. Zəfər xəbəri də Türkiyədə ilk olaraq "Anadolu" vasitəsilə yayıldı.Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Bu günlər Ağdama səfər etdiyini deyən S.Karagöz orada gördüklərindən dəhşətə gəldiyini bildirib:"Ermənistan Ağdamı tamamilə dağıdıb. Məqsəd Azərbaycana aid nə varsa hamısını yer üzündən silmək olub. Lakin bu gün artıq Ağdam işğaldan azad olunub. Biz Azərbaycana qarşı edilən bütün zülmləri dünyaya çatdırmağa davam edəcəyik".
Mərasimdə çıxış edən Yurtdışı Türkler ve Akraba Topluluklar (YTB) başqanı Abdullah Eren Türkiyə-Azərbaycan əlaqələrinin "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslandığını deyib.Rəhbərlik etdiyi qurum haqqında da məlumat verən A.Eren "Türkiye Bursları" çərçivəsində azərbaycanlı gənclərə ayrılan burs sayının hər il artdığını bildirib. O, həmçinin Qarabağ müharibəsinin şəhid və qazilərinin yaxınları üçün xüsusi kontenjan ayıracaqlarını bildirib:"Bu ildən etibarən Azərbaycanın haqlı davasında həyatını itirən və yaralanan insanların övladlarına Türkiyədə ali təhsil almaq imkanı yaradacayıq. Gənç yaşda qazi olanlara və şəhid övladlarına Türkiyədə ali təhsil qapısı açacayıq".
Digər çıxışlardan sonra plaketlər təqdim olunub. Qeyd edək ki, mərasimdə, həmçinin Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu YTB başkanı Abdullah Erenə də plaket təqdim edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

