4 iyun hadisələrindən 17 il ötür
04.06.2010 [10:07]
Bu gün 1993-cü ilin iyun hadisələrindən 17 il ötür. Məlum olduğu kimi, həmin ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam baş verdi, dövlətə tabe olmaq istəməyən 709 saylı hərbi hissənin komandiri Surət Hüseynov dövlətin silahlı dəstələrinə güc gələrək paytaxta doğru irəliləməyə başladı. Həmin gün bir-birinə silah işlətməklə hər iki tərəf ölkədə vətəndaş müharibəsinə gedən təhlükəli yolun əsasını qoydular. Artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və xalqımızı uçurumun kənarına sürükləyən AXC-Müsavat hökuməti vəziyyəti kritik həddə gətirib çıxarmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Vəziyyət elə bir dərəcəyə çatmışdı ki, qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və dövlətin taleyinin necə olacağı sual altında idi. ölkə isə Ermənistan ilə müharibə aparırdı. Xalqımızın övladları sinələrini düşmən gülləsinə sipər etdiyi anda cəbhə xəttindən Bakıya istiqamətləndirdikləri zirehli maşınların və silahların zoru ilə hakimiyyəti zəbt etmiş bu insanlar ölkənin tam iflic vəziyyətə düşməsində böyük rol oynamışdılar. Müharibə gedən ölkədə Müdafiə Nazirliyi hərbi təhlükəsizlik məsələləri ilə məşğul olmaq yerinə ambisiyalı savaş aparır, şəxsi maraqların girovuna çevrilmişdi. özünün rəhbərlik etdiyi və ya arxasında dayanan silahlı qruplaşmanın gücündən asılı olaraq qısa zaman kəsiyində beş dəfə müdafiə naziri dəyişdirilmişdi. Döyüşçü qüvvəsi isə əsas etibarilə könüllülərdən ibarət olduğu üçün hərbi nizam-intizamdan əsər-əlamət belə yox idi. Maraqlıdır ki, AXC-dən ayrılan bütün partiyalar öz silahlı dəstələrini yaradır, partiya sədrləri hətta parlamentdə belə özlərini batalyon komandari kimi aparırdı. Siyasi böhrandan istifadə edərək rəhbərliyə gəlmək istəyən bu siyasi qüvvələrin hakimiyyət hərisliyi həmin könüllü birləşmələrin Bakıya gətirilməsinə səbəb olmuşdu və düşmənlə üz-üzə duran ön xətt şüurlu şəkildə zəiflədilirdi. Yanlış kadr siyasəti, daxili didişmələrin get-gedə böyük miqyas alması, vəzifə uğrunda aparılan mübarizə sərhəd bölgələrindəki qüvvələr nisbətini, demək olar ki, hər gün Azərbaycanın ziyanına dəyişirdi.
Məhz belə bir məqamda, Gəncədə yerləşən 709 saylı hərbi hissəsinin ləğv edilməsi ilə bağlı qərar çoxdan gözlənənlərin baş verməsində katalizator rolunu oynadı. Milli Qvardiya ilə qarşıdurmaya gedən və Bakıya tərəf yol alan silahlı birləşmələr hakimiyyəti ölkədə vətəndaş müharibəsi yaratmaqda günahlandırırdı.
Bakıda isə vəziyyət olduqca pis idi. Demək olar ki, hər gün cəbhə xəttindən torpaqlarımızın işğalı xəbərləri gəlirdi, hökumət isə başsız qalmışdı. Belə bir məqamda Azərbaycan xalqı artıq vəziyyətin ən son həddə gəlib çatdığını, yalnız bir çıxış yolu olduğunu anladı. Bu çıxış yolu isə, dahi, fenomenal siyasi biliyə malik, XX əsrin ən görkəmli siyasi və dövlət xadimlərindən biri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən, ölkənin seperatçı rejimlər tərəfindən bölüşdürülməsini sakit şəkildə izləyə bilməyən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini yenidən itirə bilərdi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı...
İyunun 15-də keçirilən parlament iclası demək olar ki, o günün canlı şahidi olmuş hər bir azərbaycanlının yaddaşına həkk olunub. AXC-Müsavat cütlüyünün parlament sədri istefa verdiyi üçün Milli Məclis öz işinə sədrsiz başladı. Həmin gün Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilən ümummilli liderimiz Heydər Əliyev deputatlar qarşısında çıxış edərək göstərilən etimadın əvəzi kimi bütün imkanlarından istifadə edib bu ağır və məsuliyyətli yükü aparmağa çalışacağını və vəzifəsini ləyaqətlə yerinə yetirəcəyini vəd etdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
Parlament sədri bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.
Həmin hadisələrin canlı şahidlərindən olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hakimiyyətə yiyələnən AXC-Müsavat hakimiyyətinin atdığı addımlarla xalqın inamını itirdiyini bildirdi. Millət vəkili Ulu öndər Heydər Əliyevin dünyada böyük nüfuza sahib olduğunu və xalqın sevgisini qazandığını dedi: “Ona görə də, həmin hakimiyyət Heydər Əliyevi qəbul etmək istəmirdi və 1992-ci ilin 24 oktyabrında, Əbülfəz Elçibəy də başda olmaqla, onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etdilər, televiziya ilə camaata müraciət etmək istəyirdilər. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, Heydər Əliyevi müdafiə etmək üçün bütün kəndlərdən camaat gəlmişdi. Xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, müdafiə etməklə göstərdi. Ulu öndər Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”.
1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirən millət vəkili dövlətçiliyin xilasının məhz Ulu öndərin gəlişi ilə təmin olunduğunu dedi: “Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orada baş verənləri öz gözləri ilə gördü və vəziyyəti dəqiq müəyyənləşdirdi. Heydər Əliyev 15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişindən qurtardı. 4 iyun Gəncə hadisələrindən danışarkən bir məsələ qeyd olunmalıdır ki, özlərinin qəhrəman etdikləri Surət Hüseynov həmin hakimiyyətin axırına çıxdı. Söhbət Rusiya qoşunlarının Gəncədən çıxarılmasından gedirdisə, niyə Naxçıvandakı sovet qoşunları çıxarılarkən dava, qarşıdurma olmadı. Amma AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Heydər Əliyev dövlətçilik ustadı idi, müdrik insan idi, Azərbaycana əmin-amanlıq gətirdi. Buna görə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun tarixi həyatımıza Milli Qurtuluş Günü kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də suveren dövlət olacaqdı. O zaman hakimiyyətdə olanlar bəzən bu bayrama başqa cür yanaşır, deyirlər ki, nədən qurtulduq. Tam məsuliyyətimlə deyirəm ki, məhz onlar Surət Hüseynovun “dar ağacı”ndan qurtuldular. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməklə AXC-Müsavat hakimiyyətinin rəhbərlərini S.Hüseynovun “dar ağacı”ndan xilas etdi. Buna görə onlar bütün həyatı boyu Heydər Əliyevə borcludurlar”.
Həmin vaxtlarda AXC-Müsavat hökumətinin özbaşınalıqlarına qarşı ən radikal çıxışlar edən millət vəkillərindən biri, hazırda parlamentin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə o dövrdə yaranan siyasi böhranın hakimiyyətdə olanların səriştəsiz idarəçiliyindən qaynaqlandığını bildirdi: “Köhnə quruluş ləğv olunmuşdu, təzə quruluşu yaratmağa, onu idarə etməyə də iqtidarda olanların heç birinin nə bacarığı, nə siyasi səriştəsi çatırdı. Elə təsəvvür edin ki, sükanı olmayan bir maşını kələ - kötür yolda idarə etmək lazım idi. Nə Əbdürrəhman Vəzirov, nə Ayaz Mütəllibov, nə Yaqub Məmmədov, nə də Əbülfəz Elçibəy bunu edəcək potensila sahib idilər. İnsanlarda ümidsizlik yaranmışdı. Heç kəs bu məsuliyyətin altına girmək istəmirdi. Yeganə ümid yeri Heydər Əliyev idi. Dövlətçilik təcrübəsi, siyasi səriştəsi, böyük dünyagörüşü məhz Ulu öndərin ölkəni bu böhrandan çıxarmağa yeganə qadir şəxsiyyət olduğunu deməyə əsas verirdi. Sonrakı hadisələr də göstərdi ki, xalqımız düzgün seçim etdi. Nəticəsini isə bu gün hamımız görürük. O zamanlar Heydər Əliyevin yeganə çıxış yolu olduğunu çox adam fikirləşirdi. Amma kiminsə bunu söyləməyə iradəsi çatmırdı. Bu istək xalqda formalaşmışdı”.
ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı parçalanmaq, dövlətçiliyini itirmək vəziyyətində olan bir Azərbaycanı, mustəqil, dinamik iqtisadi inkişafa malik, demokratik bir dövlətə çevirdiyini önə çəkən millət vəkili qeyd etdi ki, məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğuna başlandı: “ölkəmizin yeni Konstitusiyası qəbul edildi, parlamentlə icra orqanları arasında qarşılıqlı əlaqə yarandı. Bundan başqa, Ulu öndər ölkəmizin beynəlxalq aləmdə tanınması üçün səy göstərdi, regionda aparıcı bir dövlət kimi bərqərar olmasını təmin etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına özünəinamı qaytardı. Açığı insanlar özlərini təhqir olunmuş, alçalmış halda hiss edirdilər, sabahkı gün haqda təsəvvür yox idi. Kim harada nə görürdüsə ələ keçirmək üçün can atırdı. Bütün bunlara son qoyuldu. Heydər Əliyev Azərbaycanın bu gününü yaratdı. Sevindiricidir ki, ümummilli liderimizin apardığı bu quruculuq, sabitliyə yönəlik siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsipləri bu gün Prezidentimiz tərəfindən uğurla inkişaf etdirilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

