İran müttəfiq axtarışında...
20.10.2021 [11:20]
Baqerinin Moskvadan əliboş qayıdacağı şübhəsizdir
Bölgədə yaranan yeni siyasi reallıqları qəbul etməyən İran deyəsən təşvişə düşüb. Azərbaycana, Türkiyəyə qarşı əsassız bəyanatlarla çıxış edərək regional inkişafa mane olmağa çalışan rəsmi Tehran ona dəstək verə biləcək müttəfiq axtarışına çıxıb. Belə ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər edib. Dörd gün Moskvada olacaq Baqerinin Rusiya tərəfinin yüksək rütbəli nümayəndələri, o cümlədən müdafiə naziri Serqey Şoyqu və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovla da görüşü planlaşdırılıb.
Baqerinin bu səfərinin regional məsələlərlə bağlı olduğu ilkin baxışdan bəllidir. Belə demək mümkündürsə, İran özünün qərargah rəisini 4 günlük Moskvaya göndərməklə həm Rusiya ilə münasibətlərinin "yüksək səviyyəsini" göstərir, həm də regional problemlərin həllində mühüm "oyunçu" olduğunu sübut etməyə çalışır. Amma rəsmi Tehran özü də anlayır ki, onun bu manevrləri faydasızdır. Çünki var gücü ilə regiondakı kommunikasiyaların açılmsına qarşı "mübarizə aparan" İran heç nəyə nail ola bilməyəcək. Daha doğrusu, Baqerinin Moskvadan da əliboş dönəcəyi şübhə doğurmur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” a bölüşən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fazil Mustafa İranın bu gün bütün istiqamətlər üzrə müttəfiq axtarışında olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ilə İran arasında yüksək əlaqələrinin olması isə gizli və yeni bir hal deyil: "Yəqin ki, görüşlər zamanı əsas müzakrə predmeti son dövrlərdə bəzi məsələlərlə bağlı ortaya çıxmış fikir ayrılıqları və onların aradan qaldırma yolları olacaq. Bu fikir ayrılıqları isə daha çox Qarabağla və kommuniksiya xəttlərinin açılması ilə bağlıdır. İran var gücü ilə bu məsələyə mane olmağa çalışır. Rusiya rəsmi Tehranın bu mövqeyinin dəyişməsi üçün fəal addımlar atmalıdır. Güman edirəm ki, danışıqlar əsasən bu istiqamətdə aparılacaq".
İranın mövqeyində dəyişikliklərin gözlənildiyini istisna etməyən millət vəkili öz fikrini belə əsaslandırıb: "Bölgədə İrandan başqa bu işə maneə olmaq yolunu tutan ölkə yoxdur. Ümid edək ki, İran da bu siyasətindən əl çəkəcək. Düzdür Rusiyanın İranın mövqeyinin dəyişməsinə təsir etmə gücü elə də böyük deyil. Çünki ortada Rusiyanın da maraqları mövcuddur. Bununla belə Rusiya bölgədə kommunikasiyaların açılmasına maraqlıdır. 10 noyabr bəyanatı bunun faktiki isbatıdır. Hətta Ermənistanın da bu məsələ ilə bağlı mövqelərində ciddi dəyişikliklər olub və açıq şəkildə kommunikasiya xəttlərinin açılacağı bildirilib. Belə bir halda İran təklənir və bu da rəsmi Tehranın maraqlarına uyğun olmayacaq. İran da öz siyasətinə müəyyən korrektələr edəcək. Nəticə etibarı ilə, Rusiyanın İrana hər hansı hərbi dəstək verməsi də inandırıcı görünmür".
Milli Məclisin deputatı Arzu Nağıyev də Rusiya ilə İranın hər zaman müttəfiq olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Suriya, nüvə proqramlarının həyata keçirilməsi ilə yanaşı bir çox məsələlərdə İranla Rusiyanın birgə addımlarının şahidi olmuşuq. Yəni, bu yaxınlıq yalnız Qarabağ və ya regional məsələlərlə bağlı deyil: "Qərblə İran arasında münasibətlər kəskin forma aldığı zaman Rusiya hər zaman rəsmən İranın müttəfiqi qismində çıxış edir. Fikrimcə, bu gün də bölgədə "soyuq müharibə" davam edir və bu birinci hal deyil, daim təkrarlanıb".
Millət vəkili son zamanlar İranın Türkiyəyə qarşı davranışlarının əsasında fərqli məsələlərin dayandığını bildirib. Onun fikrincə, Türkiyəyə qarşı münasibət rəsmi Ankaranın özünə yönəlməyib: "Burada söhbət Türkiyənin NATO bloku üzvü olmasından gedir. İranı qıcıqlandıran budur. Çünki Türkiyə NATO üzvüdür və bu qurum Türkiyənin timsalında regiona gəlir. Bunu hər kəs anlayır ki, "Zəngəzur dəhlizi" layihəsi mütləq şəkildə reallaşacaq. Hətta bunun İranın istəyindən heç bir asılılığı yoxdur. Çünki bu məsələ beynəlxalq məsələdir. Bu, Ermənistana da sərf edir. Ölkə blokadadan çıxacaq, iqtisadiyyat inkişaf edəcək. Bu mənada İranın dəhlizə qarşı dirənişləri də faydasız olacaq".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

