Əli Kərimlinin xəyanət tarixçəsi
01.07.2010 [09:56]
Müxalifət daxilində uzun müzakirələrə səbəb olan “casus” qalmaqalının üstündəki sirr pərdəsi nəhayət ki, götürülür. Məlum olduğu kimi, bir müddət öncə Müsavat Partiyasının rəhbəri İsa Qəmbər xarici fondlarla, maraqlı beynəlxalq qüvvələrlə işbirliyinə malik müxalifət rəhbərlərinin olduğunu qeyd etmişdi. Onun sözlərindən belə anlaşılırdı ki, həmin şəxslər yeri gələndə dövlət və millət maraqlarını da satırlar.
Həmin dövrdə bu məsələ uzun müzakirələrə səbəb oldu və bütün müxalifət partiyalarının rəhbərləri dolayısı ilə İ.Qəmbərin sözlərini təsdiqlədi. Amma bu şəxs(lər)in, yəni, müxalifətdəki “casusların” kimliyi haqda dəqiq fikir bildirilmədi. Bu günlərdə isə KAXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata verdiyi müsahibədə bu sirr pərdəsinin üstünü açmağa çalışıb.
Siyasətə AXC şinelindən gələn M.Mirəlioğlu konkret şəkildə hələ Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrlərdə indiki AXCP sədri Əli Kərimlinin xarici fondlara işlədiyini bildirib. Onun sözlərinə görə, Elçibəy hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Ə.Kərimli Ə.Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb, bunun üçün Azərbaycanda Demokratiyanın İnkişafı Fondundan milyonlarla pul alıb. M.Mirəlioğlu qəti şəkildə bildirib ki, Ə.Kərimli tutduğu xəyanət yolunu onlar hakimiyyəti qoyub qaçdıqdan sonra da davam edirib.
M.Mirəlioğlu Ə.Kərimlinin siyasətə gəlişinə də toxunub. Onun sözlərindən belə aydın olur ki, həmin vaxt Xalq Cəbhəsinin içinə “bir qrup komsomolçu” qismində gələn və sözügedən qarışıq dövrlərdə çox müəmmalı və qaranlıq dəstəklərə malik olan “Yurd”çu Ə.Kərimli və onun tərəfdarları hələ o zamanlar başqalarının maraqlarının həyata keçməsində fəal rola malik olublar. Ə.Kərimlinin tutduğu xəyanət yolunu öz keçmiş silahdaşı belə xarakterizə edib: “Bir qrup “komsomolçunun” çox böyük dəstəyi var idi. Bu məsələyə ötəri qiymət vermək doğru deyil. “Yurd”a ciddi dəstək vardı. Bunu bilirdik. “Komsomolçu” dediyiniz insanlara sahib çıxanlar onlardan siyasi və digər maraqlarını yerinə yetirmək üçün istifadə edirdilər. Birincisi, ciddi arxaları var idi. İkincisi, Elçibəyin başlanğıcda xeyir-duası yox idi. üçüncüsü, hesab edirəm ki, bu açıqlama çoxlarına xoş gəlməyəcək. Məlumatınız olsun deyə xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Müddəti keçib bunları açıqlamaq olar. Bu çox təhlükəli bir məsələdir. Həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, Fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. Bu ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub və məlumatlı adam çıxara bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib?”
Bəli, göründüyü kimi Ə.Kərimli hələ o zamanlar xarici fondların pulu ilə Azərbaycanda qaranlıq işlərin həyata keçirilməsində xüsusi fəallıq göstərib. M.Mirəlioğlunun bildirdiyi kimi, Ə.Kərimli həmin dövrdə öz liderinə qarşı da xəyanət yolu seçibmiş. Bu xəyanətin bir ucunda Əli Kərimli, digər ucunda isə ölkəmizin parçalanmasında, dağılmasında, torpaqlarımızın işğalında və Azərbaycanın başına min bir müsibətin gətirilməsində maraqlı olan beynəlxalq maliyyə mənbələri yer alıbmış. Maraqlıdır ki, Ə.Kərimli hələ o zaman rəhbərlik etdiyi qrupun köməyi ilə yer aldığı partiyanı dağıtmağı öz qarşısına məqsəd qoyub. Bunu öz müsahibəsində M.Mirəlioğlu da etiraf edib: “Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-”Yurd” mübarizəsi gedib. Bu olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti ortaya qoyublar. Bu da faktdır”.
Bu sadalananlar bir daha onu göstərir ki, Ə.Kərimlinin xəyanət yolu əvvəlcədən hazırlanmış plan üzrə davam edib. Sonradan isə bu plan daha da genişləndirilərək dövlətə və millətə qarşı yönəlib. ölkədəki sabitliyə kölgə salmaq, inkişafın qarşısını almaq üçün bu şəxslərin əl atmadığı yol qalmayıb. Təsadüfi deyil ki, məhz Ə.Kərimli və onun kimi düşünənlərin “sayəsində” Azərbaycan dövlətinin imicinə qarşı beynəlxalq miqyasda piar aparılıb. Yuxarıda sadalananlar onların apardığı siyasi mübarizə adlı “səhnəciyin” də yalnız başqalarının idarəçiliyi və istəyi əsasında formalaşdırıldığını deməyə əsas verir. Bu isə bir müddət öncə AXCP-dən ard-arda ayrılan insanların sözügedən partiyadan niyə uzaqlaşdığının əsl səbəblərini ortaya qoyur. Demək, insanlar Ə.Kərimlinin xəyanət yolu seçdiyini artıq dəqiqləşdiriblər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

