Təkziblə "qara piarın" fərqi...
20.08.2010 [10:00]
Azərbaycanda qütbləşmiş medianın ən çox istifadə etdiyi sözlərdən olan “piar” geniş anlamda reklam mənasını versə də, qəzetçilik sahəsində bu söz adətən “qara piar” şəklində daha populyardır. Düzdür, əksər mütəxəssislər “piar” sözünün reklamdan daha geniş məna verdiyini iddia edirlər. “Piar” əslində fərdin və yaxud kollektivin, hətta dövlətin maraqlarının ictimaiyyətin, cəmiyyətin maraqlarıyla uzlaşdırılması elmidir. Bundan başqa, piar hansısa bir korporasiyanın, qurumun imicinin formalaşdırılmasıdır. Amma, “qara piar” həmin imicin, reputasiyanın yerlə-yeksan edilməsi istiqamətində aparılan fəaliyyətdir. “Piar”ın vətəni ABŞ hesab olunur. İngilis dilindən tərcümədə “public relations”, qısaca PR “ictimaiyyətlə əlaqələr” mənasını verir. Piarın tarixindən bəhs edən ədəbiyyatda bu termini ilk dəfə ABŞ-ın üçüncü prezidenti Tomas Cefersonun Konqresə müraciətinin qaralamasında işlətdiyi bildirilir. O vaxtdan da qəbul olunmuş termin kimi ictimaiyyətlə əlaqələrə qısaca “piar” deyirlər.
Maraqlıdır ki, mətbuata “piar”ın və ya “qara piar”ın yol tapması adətən siyasi dinamizmlə əlaqələndirilir. Məhz siyasi proseslərin daha dinamik dövründə qəzetlərin “piar və ya “qara piar” kampaniyası ilə məşğul olması adət edilən hala çevrilir. Bura təbii ki, qəbul edilməyən siyasi qüvvəyə qarşı aparılan planlı kampaniya da aiddir.
Bu gün Azərbaycan mətbuatının ən böyük problemlərindən sayılan “qara piar”-şər, böhtan və ən əsası əsassız iddialarla və sensasiya xatirinə yazılan yazılar mediamızın peşəkarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Qəzetçiliyin ana xətti sayılan tərəfsizlik və qərəzsizlik kriteriyaları özü-özlüyündə məhz yuxarıda qeyd etdiyimiz neqativ halların aradan qaldırılmasını təlqin edir. Yəni, əsl peşəkar qəzetçilik əldə olunan informasiyanın bir neçə mənbədən dəqiqləşdirilməsini, bundan başqa, məqalənin hazırlanması zamanı qərəzin ifadə olunmaması şərtini ön xətt olaraq qəbul edir. Amma, gəlin görək, bu gün ölkəmizin aparıcı media orqanlarını qərəzlilikdə, “qara piar” kampaniyasında suçlayanların özlərinin peşəkarlıq səviyyələri hansı formadadır?
Etibarsız mənbə və ya yalan dolu “etibarlılıq”...
İlk olaraq qeyd etmək istərdik ki, bu gün müxalifət mediasının geniş istifadə etdiyi “etibarlı mənbə” söykənəcəyinin verdiyi məlumatların böyük əksəriyyətinin, demək olar ki, hamısının yalan çıxdığı ortadadır. Doğrudur, “KİV haqqında” Qanunda da informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar mövcuddur. Qanunun 11-ci maddəsində göstərilir ki, şəxsin gizli saxlanılması şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlaması mümkündür. Qanunda göstərilir ki, kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə, məsuliyyət buraxılışa məsul redaktorun, yaxud jurnalistin üzərinə düşür... Dolayısı ilə qəzet istinad etdiyi “etibarlı mənbənin” adını açıqlamadığı təqdirdə yazdığı yazıya cavabdeh sayılır. Demək, əslində peşəkarlıqdan uzaq, başqalarının şərəf və ləyaqətinə toxunan yazılar yazaraq primitiv üsulla “etibarlı mənbə” pərdəsi arxasında gizlənmək və yazdıqlarının bütün məsuliyyətini həmin “etibarlı” mənbənin üzərinə qoymaq qanunla mümkün deyil. Yəni, London şəhərində azərbaycanlı qızla erməni oğlanı arasında yaşanan “eşq”lə bağlı yalanlara “etibarlı mənbə” qədər adıçəkilən qəzet də məsuliyyət daşıyır. çünki yazılan bu yazı, adı çəkilməsə belə, hansısa bir insanın şəxsi reputasiyasına, ictimai nüfuzuna təsir göstərir. Bu, “qara piar” deyilmi? Demək, məlumatı dəqiqləşdirmədən yazan qəzet ad çəkmədən hərəkət etməklə özünü sığortalasa da, dövlətin hansısa bir məmurunun imicini sual altına qoyur və bu addımı ilə də açıq qərəz nümayiş etdirir. Belə bir situasiyanın mərkəzində yer alan qəzet görəsən, hansı mənəvi haqla başqa qəzetlərin “qara piar” kampaniyası başlatdığını yazır? özləri qiymət versinlər, “qara piar” dedikləri ilə öz yazdıqlarının arasında ekvivalentdən başqa hansı bir işarəni qoymaq olar?
Təkzib, yoxsa özünüinkar?
O ki qaldı təkzib məsələsinə, bəli, qəzetçilikdə təkzibin verilməsi adi haldır. “KİV haqqında” Qanunun 45-ci maddəsində də təkzib cavab və düzəliş verilməsi qaydaları təsbit olunur. Qanunda göstərilir ki, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunur: “Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası: Təkzibdə hansı məlumatın həqiqətəuyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “təkzib” başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və düzəlişi dərc etməlidirlər. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər”.
Daha qanunda göstərilmir ki, bir uydurma yazını başqa bir uydurma yazı ilə neytrallaşdırmağa çalışmaq təkzibdir. Bununla bağlı ayrıca bənd var və bu haqda bir az sonra... Normal qəzetçilikdə təkzib adətən texniki qüsurlara və ya informasiyanın hansısa detalının səhvinə görə verilir. “Yeni Müsavat” qəzetinin iki gün ərzində dərc etdiyi təkziblərə nəzər saldıqda isə bəlli olur ki, hörmətli həmkarlarımızın “etibarlı mənbənin” etibarsız informasiyasına əsaslanaraq yazdıqlarının hamısı yalan imiş... Beləliklə, “Yeni Müsavat” qəzetinin yazdığı yazının bütövlüklə yalan olması meydana çıxır. Məsələn, məmur övladının gizli və qeyri-qanuni bizneslə məşğul olması ilə bağlı yazılan yazı və verilən təkzib... Maraqılıdır ki, qəzet həmin məmur övladının bu bizneslə məşğul olmadığını təkzib etmir. Təkzib belə verilir ki, ümumiyyətlə, həmin məmurun o adda oğlu yox imiş... Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...
Açıqlama verən qəzet iddia edir ki, indiyədək iqtidar mediasında müxalifət liderləri, nüfuzlu ictimai xadimlər ən ağır cinayətlərdə ittiham olunublar. “Yeni Azərbaycan” qəzeti olaraq bildirmək istəyirik ki, qəzetimiz hər zaman cəza-cinayət və təqsirsizlik prezumpsiyasını gözləyib və qeyd olunan kriteriyaları fərqləndirib. Və “Yeni Müsavat” qəzetindən fərqli olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, barəsində istintaq hərəkəti görülməmiş şəxs haqqında “cinayətkar” yazmayıb. Əksinə, “Yeni Müsavat” qəzeti öz səhifələrinə nəzər salsa, demək olar ki, hər sayında ölkənin nüfuzlu şəxslərinə, tanınmış insanlara qarşı qaldırdığı əsassız ittihamları görə bilər. Qısacası biz bir daha hörmətli həmkarlarımızı, bütün media mənsublarını “mötəbər mənbə” adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələrə, yalan və qərəzli yazılar yazmağa, yaxud digər qanunazidd əməllər törətməyə son qoymağa çağırırıq.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

