Eynulla Fətullayev xristianlığı qəbul edib?
24.08.2010 [09:01]
Bu gün tolerantlığı ilə nəinki yerləşdiyi regiona, hətta dünyaya nümunə olan Azərbaycanda bütün dini inancların daşıyıcıları çox sərbəst şəkildə yaşaya bilirlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dinindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərhüquqlu sayılırlar. Digər tərəfdən, ölkəmizdə bütün dini inanclara sitayiş edən insanlar üçün hər cür şərait mövcuddur. Məsələn, hətta ölkəmizdə kiçik icma halında yaşayan krişnalar belə azad və Azərbaycan qanunları çərçivəsində öz dini inancları ilə məşğuldurlar. Bəli, İslam ölkəsi olan Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır və bütün digər dinlər də İslam dininə, onun kitabı olan “Qurani-Kərim”ə hörmətlə yanaşırlar. Eyni zamanda, ölkəmizdə heç kimi indiyə qədər hansısa dinə inandığına görə nə ictimai qınağa, nə də hansısa bir təqibə məruz qalmayıb.
Bütün bunları xatırlatmağımız heç də təsadüfi deyil. Məsələ burasındadır ki, ölkəmizdə bütün dinlərin daşıyıcılar üçün sərbəst mühit mövcud olduğu halda, bəziləri öz dini mövqelərini açıq deyil, gizli formada nümayiş etdirirlər. Hər halda Eynulla Fətullayevin son yazıları bu qənaətə gəlməyə əsas verir. öncə onu deyək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış tele-jurnalist Mir Şahin Ağayevin “Bədbəxt adam” filminə “Yeni Müsavat” qəzetində özü kimi uğursuz cavab yazan Eynulla Fətullayev bir daha kimliyini ortaya qoydu və bir daha öz maskasını öz əli ilə dartıb yırtdı. Yazısında yalnız “Bibliyaya”, İsa peyğəmbərə, Qərb ədəbiyyatına və başqa xristian yarlıqlı elementlərə söykənən, Fətullayev öz millətinin ziyalılarını, öz dinini sanki unutmuş, yaxud da bundan imtina etmiş adam təəssüratı formalaşdırır. Bu yazıları oxuyarkən düşünürsən ki, ya, Eynulla Fətullayev bütün həyatını elə “Bibliya”nı oxumağa, İsa Peyğəmbərin həyatını araşdırmağa sərf edib, ya da ümumiyyətlə, İslam dinindən, Məhəmməd peyğəmbərdən xəbərsizdir. Buna başqa bir ad vermək olmaz. Məsələn, özü qədər uğursuz yazısında E.Fətullayev elə birinci cümlədən İsa peyğəmbərdən sitat gətirib. Əlbəttə ki, nə İsa peyğəmbərdən sitat gətirmək, nə də “Bibliyaya” müraciət etmək cinayət və ya qeyri-peşəkarlıq deyil. Hətta bəziləri bunun adını həddindən artıq məlumatlılıq da qoya bilər. Amma 12500 işarəlik bir yazının hər abzasında, hətta hər cümləsində ölkəmizə, Azərbaycanı sevənlərə, Vətənimizi şərdən qorumağa çalışanlara qarşı səlib yürüşü həyata keçirməyin, xristian sevgisinin eyforiyası altında insanlara kilsə şamının yandırılma eşqi haqqında nağıl danışmağın, yerinə düşməyən bənzətmələrə müraciət etməyin yalnız bir adı var...
E.Fətullayev yazısının girişində Mir Şahinin “Bədbəxt adam” filmindən danışmaq istədiyini bəyan etsə də, sonrakı abzaslar onun əsl məqsədini ortaya çıxarıb. Bu ölkənin düşmənlərinin əlində mənasız bir oyuncağa çevrilmiş E.Fətullayev görəsən hansı cürətlə Dürremantdan gətirdiyi sitatı onun üzvü olmağa mənəvi haqqı çatmadığı bir cəmiyyətə aid etməyə cəhd göstərir?
Sözügedən yazısında demək olar ki, sətirbaşı həsəd apardığı, özü üçün etalona çevirdiyi şəxsiyyətlərin siyahısını verən E.Fətullayev görəsən, tsoyların, okaçuvaların, mamuliyaların arasında öz milli ziyalılarının adını belə yada salmamaqla hansı xüsusi məqsəd güdür? Əslində, bununla da o, Azərbaycan adı altında heç nəyi bəyənmədiyini, sevmədiyini aşkar şəkildə hamının diqqətinə çatdırır...
Bundan sonra yalnız onu qeyd etmək qalır ki, əgər E. Fətullayev xristianlığı qəbul edibsə, bunu açıq şəkildə bəyan etsin. Onsuz da buna görə, ona heç kim heç nə deməyəcək. Axı Azərbaycan öz tolerantlığına görə, bütün dünyada fərqlənir və yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə dinindən asılı olmayaraq hər kəsə bərabər şəkildə davranılır. Buna görə də, əgər Eynulla xristianlığı qəbul edibsə, öz dini inancını açıq şəkildə hər kəsə bəyan etsin. Eynulla onu da bəyan etsin ki, o, nə Azərbaycanı, nə millətimizin ziyalılarını, nə də İslam dinini sevmir.
Sonda isə onu deyək ki, düşmənin dəyirmanına su tökməyin, Azərbaycan torpaqlarının işğalında iştirak edən Qukasyan kimi birisi ilə şəkil çəkdirməyin, Xocalı kimi əsrin ən böyük cinayətlərindən sayılan soyqırımını nəyinsə qarşılığında öz millətinin adına çıxmağa göstərilən cəhdin qarşısından bir addım geri çəkilmək elə xəyanətin qarşısında geri çəkilmək sayıla bilər. Elə bu üzdən də ölkəsini, millətini sevənlər bu gün həmin xəyanətə qarşı mübarizə aparırlar ki, bu xəyanət kök atmasın...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

