Beynəlxalq Böhran Qrupu qərəzli dairələrin siyasi sifarişlərini həyata keçirir
08.09.2010 [09:43]
2009-cu ildə dünya iqtisadi və maliyyə böhranı baş verərkən, ekspertlər bir çox dövlətlərin sıradan çıxacağını, hətta, geosiyasi məkanda ciddi xaosun yaranacığını proqnozlaşdırırdılar. Həmin analitiklər, eyni zamanda, Azərbaycanın da bu böhrandan zərər çəkəcəyini söyləmişdilər. Amma, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş antiböhran siyasətinin uğurla həyata keçirilməsi nəticəsində dövlətimiz dünya böhranının sınağından üzüağ çıxdı və inkişaf yolundan sapmadı. Bu faktor isə dünyanın bir çox dövlətlərini, xarici dairələrini və maraq qruplarını qıcıqlandırdı. Həmin vaxtdan başlayaraq, anti-Azərbaycan mövqeli qüvvələr müxtəlif vasitələrlə Azərbaycana təzyiq etmək, ölkəmizin beynəlxalq səviyyədə imicinə zərər vurmaq işinə başladılar. Bu işdə isə əsasən, maraq qruplarının siyasi sifarişlərini həyata keçirən qeyri-hökumət təşkilatlarından, onların hazırladıqları hesabatlardan istifadə etdilər.
Hətta, bunu o qədər açıq şəkildə həyata keçirirdilər ki, cəmiyyətimiz onların “fəaliyyət” metodlarından da xəbər tutdu. Yəni, həmin maraq qrupları özlərinin nəzarətində olan təşkilatlar vasitəsilə yalan və böhtanlardan ibarət hesabat hazırlayır, sonra isə onu ölkəmizdəki “dostları” vasitəsilə yayırlar.
Yeri gəlmişkən bir məqamı da vurğulayaq ki, erməni lobbisinin və Ermənistanın maraqlarını müdafiə edən xarici dairələr, təşkilatlar ardıcıl olaraq, Azərbaycana qarşı qərəzli iddialar irəli sürür, beynəlxalq aləmdə ölkəmizin mənfi imicinin formalaşdırılmasına çalışırlar. Təəssüf ki, Azərbaycandakı bəzi siyasi qurumlar, mətbuat orqanları milli maraqlarımızı nəzərə almayaraq anti-Azərbaycan qüvvələrinin dəyirmanına su tökür, onların anti-təbliğat kampaniyasına yardım göstərirlər...
Qeyd edək ki, Azərbaycanda xalqın Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi, ölkəmizdə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin möhkəmlənməsi, sürətli və davamlı iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq nüfuzunun artması bəzi xarici dairələrin təsiri altında olan Beynəlxalq Böhran Qrupu kimi təşkilatları da narahat edir.
Bu təşkilat da Azərbaycanın dinamik inkişafına mane olmaq istəyənlərin sifarişlərini həyata keçirmək üçün yuxarıda göstərilən metoddan istifadə edib. Belə ki, bu təşkilat Azərbaycan haqqında əsası olmayan, yalan və böhtanlardan ibarət “hesabat” dərc edib. Həmin hesabatı isə “ssenariyə” əsasən ölkəmizdə söz və fikir azadlığından sui-istifadə edən müxalifət qəzetləri dərc ediblər. Bəlkə də, bu vasitə ilə siyasi kapital qazanmağa çalışan müxalifət böyük səhvə yol verdiyini hələ də başa düşmür. Yoxsa bu cür “hesabatları” dərc etməklə, onlar anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət etdiklərinin fərqində deyillər?..
Bir sözlə, BBQ məlum maraq qruplarının sifarişlərini həyata keçirdiyi üçün onun hazırladığı “hesabat” müxalifət qəzetlərinin ciddi-cəhdlə iddia etmələrinə baxmayaraq, obyektiv qəbul edilə bilməz. çünki, bütövlükdə böhtan qrupunun “hesabatı” yalan və böhtandan, heç bir fakta söykənməyən və əsası olmayan subyektiv mülahizələrdən ibarətdir. Böhtan qrupunun “hesabatı” qərəzli xülyalardan ibarət və siyasi sifariş əsasında hazırlanmış qeyri-ciddi iddialardır. Əgər belə deyilsə, o zaman “hesabat”ı hazırlayan şəxslər hansı faktlara əsaslandıqları söyləsinlər və sübut etsinlər ki, onlar Azərbaycanda hər hansısa araşdırma aparıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50

