Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Prezidentlərin görüşü ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına gətirib çıxaracaq

Mübariz Qurbanlı: Prezidentlərin görüşü ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına gətirib çıxaracaq

24.09.2010 [09:48]

“ABŞ Prezidenti Barak Obama ilə Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorkda nəzərdə tutulan görüşü hər iki dövlət üçün çox əhəmiyyətlidir. Bu görüşdə regional təhlükəsizlik məsələləri, o cümlədən ABŞ-Azərbaycan iqtisadi əlaqələri, ölkəmizin antiterror koalisiyasında iştirakı, ən başlıcası isə Ermənistanın Azərbaycana təcavüzü ilə yaranmış Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir”. Bu fikirləri “www.yap.org.az” saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir və Cənubi Qafqaz bölgəsində Azərbaycanın lider dövlət olması Birləşmiş Ştatların xarici siyasətində, xüsusilə Qafqaz siyasətində Azərbaycan əhəmiyyətli yer tutur. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz bölgəsində Birləşmiş Ştatlar üçün ən vacib və əhəmiyyətli tərəfdaşlardan biridir.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan dövləti də ABŞ-la ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir. Bərabərhüquqlu səviyyədə qurulan əlaqələr Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Birləşmiş Ştatların bu bölgədə iqtisadi maraqlarının olduğunu xatırladan M.Qurbanlının fikrincə, Azərbaycan Amerika ilə əlaqələri genişləndirməklə öz maraqlarını da qorumaqdadır.
“Bu gün ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri, eyni zamanda dünyanın super dövləti olaraq bir sıra münaqişələrin həllinə məsuliyyət daşıdığı kimi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində də önəmli rola malik olan dövlətlərdəndir”, - deyən YAP İcra katibinin müavini əlavə edib ki, Birləşmiş Ştatlarla iqtisadi əlaqələrimiz xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu əlaqələr üçüncü dövlətə qarşı çevrilməyib.
“Son illər ABŞ Konqresi və Senatında olan erməni lobbisi ilə əlaqəli dairələr Azərbaycan - ABŞ münasibətlərinə xələl gətirən bir sıra cəhdlərə yol veriblər. Onların qarşısının alınması üçün Azərbaycan dövlətinin qətiyyətli və praqmatik siyasəti ortaya qoyulub. Bunun nəticəsində Azərbaycan ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi yardımların müəyyən mənada dayandırılmasına nail olub. Konqresdə ermənipərəst dairələrin bu və digər formada Azərbaycana təzyiq göstərmək cəhdlərinin qarşısı alınıb. Bütün bunlar isə Prezident İlham Əliyevin düşünülmüş və praqmatik siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Birləşmiş Ştatlarla bərabərhüquqlu tərəfdaş kimi siyasətini davam etdirir. Prezidentlərin görüşü də ikitərəfli münasibətlərin, xüsusilə regional təhlükəsizliklə bağlı məsələlərin həllində əhəmiyyətli yer tutacaq. Hesab edirəm ki, bu görüş uğurlu olacaq və ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına gətirib çıxaracaq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30