Xarici dairələrdən Müsavat və AXCP-yə növbəti sifariş...
01.10.2010 [11:54]
Partiyaların, müxtəlif siyasi təşkilatların, xüsusilə, siyasi kampaniyalar ərəfəsində ortaya qoyduqları mövqe onların hansı maraqlara xidmət etməsi barədə rəy formalaşdırır. Eyni zamanda, siyasi səhnədə bu günə qədərki proseslərdə müxtəlif tipli mövqe sərgiləyən partiyalar birdən-birə heç kəsin təsəvvür etmədiyi addımlar atdığı zaman da ictimaiyyətdə fərqli fikirlər yaranır. Artıq yaranmış o fikirlər də öz növbəsində keçirilən seçkilərin nəticəsində özünü göstərmiş olur. Budəfəki seçkilər ərəfəsində Müsavat və AXCP-nin “birlik” yaratması kimi məsələ də ictimaiyyətdə müəyyən və əsası olan fikirlər yaratmaqdadır...
“Mehriban düşmənlərin” barışması?!
ümumiyyətlə, yarandıqları gündən bir-birinə qarşı kəskin və barışmaz mövqe tutmuş Müsavat və AXCP-nin “birliyi”, bu partiyaların blok şəklində parlament seçkilərində iştirak etmək istiqamətində həyata keçirdikləri tədbirlər də cəmiyyətdə şübhə doğurur və birmənalı qarşılanmır.
çünki tarix də göstərir ki, Müsavat və AXCP-nin keçmişi ziddiyyətlərlə dolu olub. Bu partiyalar bir-birinə qarşı gözdənsalma və iflasa uğratma istiqamətində siyasət yürüdüblər. Müxalifətin hakimiyyətə qarşı vahid platforma əsasında çıxış etmək planlarının iflasının əsas səbəblərindən biri də AXCP ilə Müsavat arasında dərin qarşıdurma və ziddiyyət olub.
2000-ci ildə parlamentdə deputat yeri əldə etmiş AXCP-yə qarşı Müsavatın, 2005-ci ildə isə Milli Məclisdə təmsil olunmaq qərarı vermiş Müsavata qarşı AXCP-nin çirkin kampaniyaları hələ cəmiyyət tərəfindən unudulmayıb.
Hələ bir-iki ay bundan əvvəl “Azadlıq” adlı blokda təmsil olunmuş AXCP, ALP və VİP-lə Müsavat arasında kəskin qarşıdurma müşahidə olunur, bu partiyaların funksionerləri bir-birinə qarşı tənqidi və təhqiramiz müsahibələr və açıqlamalar verirdilər. Necə ola bilər ki, bir neçə günün içində mövqe tam əksinə dəyişir, Müsavat və AXCP ənənəvi müttəfiqlərindən imtina edir və bu partiyaların “birliyi” ideyası ortaya atılır, bu ideyanın reallaşdırılması istiqamətində əməli tədbirlər görülür.
Birləşmək xarici dairələrin sifarişidir...
Beləliklə də, belə bir sual ortaya çıxmış olur: iki partiya arasında bu qədər ziddiyyətlərin olduğu halda, onların birləşməsi necə baş tutur? Əgər hər iki partiyanın rəhbərlərinin təşkilatın deyil, şəxsi maraqlarını əsas götürməsini də nəzərə alsaq, o zaman, Müsavat və AXCP-nin birləşməsini belə düşünməməli idik. Amma bir halda ki, bu iki fərqli oriyentasiyalı partiyanın birləşməsi fakta çevrilibsə, demək ki, bu işdə üçüncü bir əlin rolu var.
Təsadüfi deyil ki, ekspertlər də bu “birliyin” xarici dairələrdən gələn sifariş əsasında həyata keçirildiyini, görüntü xarakteri daşıdığını və ictimai rəyi çaşdırmağa yönəldiyini bildirirlər.
Ekspertlərin bu qənaətini düzgün hesab etmək olar. çünki keçirilmiş seçkilərdə yalnız məğlub olmuş müxalifət artıq ictimaiyyət tərəfindən qəbul edilmədiyini anlayır. Budəfəki seçkilərin isə onların son şansı olduğunu anlayan müxalifət gözdən pərdə asmağa və ictimaiyyəti çaşdırmağa çalışır.
Eyni zamanda, ölkədə iqtidarın yürütdüyü siyasət ölkənin inkişafına, insanların maddi rifah halının yüksəlməsinə səbəb olduqca, Xalq-iqtidar birliyi möhkəmləndikcə xarici qərəzli dairələrin Azərbaycanla bağlı çirkin planları elə kağız üzərində də qalmış olur. Bu vəziyyətlə barışmaq istəməyən xarici dairələr isə Azərbaycanın daxilindəki əlaltıları vasitəsilə şəraitə təsir göstərməyə cəhd göstərir. Beləliklə də, aydın olur ki, yuxarıda göstərilən iki səbəb xarici qüvvələrin sifarişi əsasında Müsavat və AXCP-ni birləşməyə vadar edib.
Maliyyə də xarici dairələrdən gəlir...
Hər kəsə aydındır ki, seçkilərdə iştirak etmək və qələbə qazanmaq üçün təbliğat-təşviqat sistemi qurmaq gərəkdir. Bu kampaniya çərçivəsində görülən işlərə əlbəttə ki, böyük miqdarda maliyyə vəsaiti də lazımdır. Bu maliyyə vəsaiti isə ya partiyanın üzvlərinin, ya da ki, seçkidə iştirak edən namizədlərin hesabına formalaşmalıdır. Amma üzvlərinin sayı barmaqla sayıla biləcək qədər olan partiyaların seçkilərdə iştirak etmək üçün maliyyə vəsaitini haradan alacağı hər kəsdə şübhə doğurur. Bu fikir, eləcə də, “birlik” yaradan Müsavat və AXCP-yə də aiddir. Mətbuatda məlumatlı mənbəyə istinadən bildirilib ki, kəskin maliyyə qıtlığı ilə üzləşmiş AXCP və Müsavatın Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalıb. Onların qarşısında şərt qoyulub ki, yalnız birləşəcəkləri və parlament seçkilərində vahid siyahı ilə çıxış edəcəkləri təqdirdə maliyyə yardımı ala bilərlər.
Aparılan təhlillər onu göstərir ki, Müsavat və AXCP-nin təcili şəkildə bu addımı atmasının arxasında məhz Qərb dairələrinin sifarişi, onların maliyyə və digər yardımlar göstərmək vədləri dayanır.
Bununla da aydın olur ki, müxalifətin birlik istiqamətində cəhdləri təbii proses deyil, süni şəkildə xarici dairələr tərəfindən ortaya atılmış oyundur.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

