/ / YAP Mərkəzi Aparatında Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib
YAP Mərkəzi Aparatında Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib
10.05.2022 [18:52]
Mayın 10-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas və partiyanın sədr müavini, Əmək və Sosial Siyasət nazirinin müavini Ənvər Hüseynlə görüş keçirilib.
Qonaqları salamlayan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafı üçün potensialın olduğunu bildirib. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, xüsusilə, iqtisadi-ticari, mədəni və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Görüşdə eyni zamanda, Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi vurğulanıb. Qarşıda dayanan əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Bu prosesdə dost ölkələrin şirkətləri də iştirak edir.
Tahir Budaqov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Makedoniya Türk Demokratik Partiyası arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar var və bu ölkədəki türk toplumunun ictimai-siyasi fəallığı da məmnunluq doğurur. Bu səfər qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.
Görüşdə iştirak edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov da Azərbaycan-Şimali Makedoniya əlaqələri, bu əlaqələrin inkişafında partiyaların rolu haqqında fikirlərini bildirib.
Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas Azərbaycana səfər etməkdən məmnunluğu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkənin uğurlarına sevindiyini söyləyib. Bildirilib ki, Azərbaycanla Makedoniya dost ölkələrdir. Beycan İlyas Makedoniya Türk Demokratik Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Bu səfərin də məhz iki partiya arasında mövcud əlaqələrin və dostluq münasibətlərinin daha da gücləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27

