Zabux və Sus öz tarixi sakinlərini gözləyir
16.08.2022 [10:11]
Prezident: Biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq...
P.İSMAYILOV
Alternativ Laçın yolunun üçtərəfli razılaşmada qeyd olunan müddətdən daha tez öz həllini tapması Azərbaycanın iqtisadi, siyasi gücünün növbəti göstəricisidir. İşğaldan azad edilmiş regionlarda mühüm infrastruktur layihələri həyata keçirən, həmin ərazilərə Böyük qayıdışın təmin olunması yönündə bütün gücünü səfərbər edən Azərbaycan qısa müddət ərzində Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinlərinin də öz dədə-baba torpaqlarına qovuşmasına şərait yaradacaq.
İsmayıllının Basqal qəsəbəsində Azərbaycan televiziyasına müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq: “Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.
Hərbi cinayətkardırlar...
Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi strateji bir ərazi olduğu üçün ermənilər həmin əraziyə Suriya və Livandan erməniləri köçürüblər. 2006-cı ilin statistikasına görə, kəndin əhali sayı 570 nəfər təşkil edib. Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşən Sus kəndi də eyni aqibətlə üzləşib. Belə ki, adıçəkilən köçürmələrdən sonra kənddə 250 nəfər xaricdən gətirilmiş erməni məskunlaşdırılıb.
Qeyd edildiyi kimi, işğal dövründə qeyri-qanuni məskunlaşma siyasətinə məruz qalan ərazilərimizdən Zabux və Sus kəndi artıq boşaldılır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır: “Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.
Bəlli olduğu kimi, Azərbaycan həmin ərazilərin boşaldılması üçün ermənilərə vaxt qoyub. Bu, Azərbaycanın növbəti siyasi-hərbi qələbəsidir. Artıq Ermənistan Azərbaycan dövlətinin irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. Regionda yaranan siyasi reallıqlar bunu deməyə əsas verir. Yeni yolun istifadəyə verilməsi də ölkəmizin bu məsələni qısa müddət ərzində həll etmək iqtidarında olduğunun göstəricisidir. Prezident İlham Əliyev bununla bağlı maraqlı məqamlar açıqlayıb. Belə ki, yeni yolla bağlı bəndin üçtərəfli Bəyanata salınması cənab Prezidentin qətiyyətinin nəticəsidir: “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.
Göründüyü kimi, Prezident İlham Əliyev regionun gələcək strateji inkişafını, hətta bu strateji inkişafın yol xəritəsini müəyyənləşdirən liderdir. Ölkə başçısı hələ iki il öncə öz qətiyyəti sayəsində bu yolun tikintisini planlaşdırmaqla Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırılan ermənilərin torpaqlarımızı tərk etməsini təmin edib. Bu, düşmən ölkənin əlindəki “arqumentləri” də sıradan çıxarıb. Belə ki, artıq sülhməramlıların nəzarətində olmayan Zabuxda və Susda ermənilərin qalmasına ehtiyac yoxdur. Cənab Prezidentin də ifadə etdiyi kimi, onların hara gedəcəyi isə bizi maraqlandırmır.
Yeni yolun marşrutunun müəyyənləşməsi Azərbaycanın daxili işidir
O ki qaldı ermənilərin adıçəkilən Laçın dəhlizinə alternativ yolla bağlı başlatdığı hay-küy kampaniyasına, bunun da əsası yoxdur. Belə ki, yol çəkmək öhdəliyi götürdükləri indi “yadlarına düşən” ermənilər bu cür manipulyasiya etmək istəsələr də, baş tutmadı. Azərbaycan isə birgə bəyanat imzalanan vaxtdan etibarən işğaldan azad edilmiş bütün regionlarda, o cümlədən də, Laçın ərazisində lazımi işləri görməyə başladı. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. “O cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı. Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik”, - deyən dövlət başçısı əlavə edib ki, indi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.
Göründüyü kimi, Ermənistan hazırki situasiyada da bu kimi yollarla manipulyasiya etməyə, vaxt uzatmağa cəhd göstərir. Amma bütün bu cəhdlər hamısı boşunadır. Azərbaycan öz uğurlu fəaliyyətini davam etdirir. Ermənistan isə hələ də anlamır ki, vaxt uzatmaq ən çox bu ölkənin ziyanına işləyir. Problemlər məngənəsində boğulan rəsmi İrəvanın gələcək üçün yeganə nicatı Azərbaycanla əlaqələrini bərpa etməkdir. Bunun üçün isə bütün təxribatçı əməllərdən əl çəkilməlidir. Əks halda, Ermənistanı daha ağır günlər, daha ağır çətinliklər gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

