/ / "Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğunun yeni mərhələsində"
"Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğunun yeni mərhələsində"
07.05.2011 [12:54]
Dünən Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğunun yeni mərhələsində” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev parkındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Konfrans öz işini Heydər Əliyev Muzeyində davam etdirib.
çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
İcra başçısı qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.
Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli liderlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb və bildirib ki, bu işıqlı şəxsiyyətin parlaq şüaları müstəqil dövlətimizin inkişaf yolunu əbədi işıqlandıracaq. Ulu öndərlə gənc yaşlarından birlikdə çalışdığını qeyd edən Fəttah Heydərov hələ keçmiş SSRİ dövründə geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanın məhz bu yorulmaz liderin gərgin zəhməti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində qısa zaman kəsiyində qabaqcıllar sırasına çıxdığını xatırladıb: “Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın sənaye sahələri sürətlə inkişaf etdi, əhalinin firavan həyatı təmin olunduğu respublika quruldu”.
Fəttah Heydərov söyləyib ki, məhz, Ulu öndər tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası nəticəsində ölkədə milli-mənəvi dəyərlərin, mədəniyyətin, təhsilin inkişaf etməsi davamlı xarakter almışdı. O, müstəqillik dövründə vətəndaş müharibəsinin qarşısının alınması, ölkənin parçalanmadan xilas edilməsi, Azərbaycan dövlətinin formalaşması kimi taleyüklü vəzifələri həll edən Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
çıxış edən millət vəkili Jalə Əliyeva deyib ki, bu günlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi kimi dünyada şöhrət tapmış Ulu öndərimizin nurlu xatirəsini yad edirik: “Əslində, Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq”.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov dahi şəxsiyyətin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. A.Hüseynov vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.
Konfransın sonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilmiş müsabiqələrin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Sonra konfrans iştirakçıları Heydər Əliyev parkında təşkil olunmuş Gül bayramına qatılıblar.
Qeyd edək ki, tədbirlərdə Qaradağ rayonundan Milli Məclisə seçilmiş deputatlar - Ağalar Vəliyev və Mixail Zabelin də iştirak ediblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

