Qafqazın ən nəhəng zavodu Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır
22.06.2011 [09:26]
Məlum olduğu kimi, insan bədəninin təxminən 0,5 kiloqramını natrium-xlorid duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmazlığı nəticəsində həyati əhəmiyyəti olan bir sıra fizioloji proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla bərabər, orqanizmdə olan hüceyrə protoplazmalarında, qanda, limfalarda osmotik təzyiqin yaranmasını təmin edir. Bunun sayəsində qanın iştirakı ilə müxtəlif toxumalardan maddələr mübadiləsi normal surətdə baş verərək, hüceyrə və toxumaların həyat fəaliyyətini mühafizə edir. Bütün fizioloji funksiyanın normallığını təmin etmək üçün orta yaşlı insan hər gün bütün yeməklərlə birlikdə 8-10 qram, fiziki əməklə məşğul olan və isti sexlərdə çalışanlar isə 12-15 qram duz qəbul etməlidir. Bunun üçün isə əlbəttə ki, insan orqanizmi üçün zərərli maddələrdən tamamilə kənar olan və rafinasiya olunmuş duzlar istehlaka verilməlidir. Lakin təəssüf ki, bu gün Azərbaycanda yodlaşdırılmamış, insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilən duzlar satılır. Hətta, bu günlərdə mətbuata bununla bağlı geniş açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirib ki, çörək sexlərində istehsal olunan duzların 75 faizi, ölkə bazarında satılan duzların isə 50 faizi yodlaşdırılmayıb. Yodlaşdırılmamış duz isə birbaşa xəstəlik, ölüm mənbəyidir. Əslində isə, insan sağlamlığı üçün yeganə münbit duz məhz yodlaşdırılmış, müasir standartlara cavab verən duzlardır.
“Azərsun Holdinq” istehlak üçün təhlükəsiz olan duzun istehsalı missiyasını öz üzərinə götürüb
ümumiyyətlə, araşdırmalar onu göstərir ki, Azərbaycanın demək olar ki, bütün ərazisində yod çatışmazlıqları xəstəlikləri geniş yayılıb. Bunun nəticəsində insanda gözlə görünən zob xəstəliyi, eyni zamanda, əqli çatışmazlıq, qüsurlu uşağın dünyaya gəlməsi və digər problemlər yaranır. Belə problemlərin əsasında kustar üsullarla işləyən yerli duz sexlərinin yarıtmaz fəaliyyəti ön plana çıxır. Əsasən, Masazır gölündən yığılan duzun emalında elementar gigiyenik qaydalara əməl etməyən bu tip sexlər istehsal müddəti bitmiş maşınlarla və kustar üsullarla işləyir və duzu yodlaşdırmırlar.
Xatırladaq ki, 1999-cu ildən “UNİCEF” ümumdünya təşkilatı Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütövlüklə yodlaşdırılması yolu ilə yod defisitli pozulmaların ləğv olunması Milli Proqramının həyata keçirilməsi üzərində fəal işə başlayıb. Ancaq məsələnin köklü həllinə zaman-zaman ehtiyac duyulub. Həmçinin, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 8.3-cü maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağan olunub. Məhz problemin birdəfəlik həll olunması məqsədi ilə, Dövlət Proqramına uyğun olaraq və istehlakçıların mütəmadi istəklərini nəzərə alaraq, 2007-ci ildə “Azərsun Holdinq” Azərbaycanda ilk Duz Rafinasiya Zavodunun tikilməsi missiyasını öz üzərinə götürmək barədə qərar verib.
Sayca dördüncü media tur baş tutdu...
Məlumat üçün bildirək ki, “Azərsun Holdinq”in həyata keçirdiyi əhəmiyyətli layihələrlə bağlı ictimaiyyətin məlumatlandırılması və bu istiqamətdə atılan addımlardan biri də KİV nümayəndələrinin və ictimai təşkilatların holdinq müəssisələrinə təşkil olunan media turlarıdır. Belə ki, qida təhlükəsizliyi və əməyin mühafizəsinə xüsusi diqqət yetirən holdinqin istehsal müəssisələri beynəlxalq standartlara uyğun fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması “Azərsun Holdinq” üçün vacib və mühüm məsələlərdəndir.
Bu baxımdan da dünən “Azərsun Holdinq” Masazır Duz Zavoduna sayca dördüncü media turu təşkil edib.
öncə media nümayəndələri üçün qısa brifinq keçirilib. Jurnalistlərin suallarını cavablandıran zavod nümayəndələri bir daha diqqətə çatdırıblar ki, uzun sürən çalışmalar nəticəsində ərsəyə gələn Masazır Duz Zavodu hazırda istehsal etdiyi “Azərduz” və “Bizim duz” məhsulları ilə ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparmaqdadır.
Zavodun istehsalat müdiri Ceyhun Salmanov deyib ki, Masazır Duz Zavodunda müasir texnologiyalarla istehsal edilən “Azərduz” və “Bizim duz” yüksək keyfiyyəti ilə keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan xörək duzu deyil, yodlaşdırılmış və 99,9 faiz saf olan əla növ duzdur. Masazır gölündən hasil olunan “Azərduz” və “Bizim duz” bir sıra texniki prosedurlarla kənar qarışıqlardan azad edilərək saflaşdırılır. Ardından natrium-yodatla zənginləşdirilən “Azərduz” və “Bizim duz” əla növ duz kimi satışa hazır olur.
Ceyhun Salmanov vurğulayıb ki, yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu olan “Azərduz” yerli bazarlarda istehlakçıların ixtiyarına verilməklə, ilk növbədə, insan sağlamlığına xidmət edir: “Bir sıra hökumət və qeyri-hökumət orqanlarının ölkədaxili bazarlarda yod çatışmazlığı problemi ilə mübarizə aparmalarına baxmayaraq, adıçəkilən problemin indiyə qədər mövcudluğu “Azərsun Holdinq” Şirkətlər Qrupunu bu sahə üzrə ciddi addımlar atmağa sövq edib”.
O, söyləyib ki, Azərbaycan əhalisinin illik yodlaşdırılmış duz tələbatını 35-40 min ton və respublikamızın yodlaşdırılmış duz ixracat potensialını nəzərə alaraq, zavodun günlük emal gücü 300 tondur. Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir: “Artıq 1 ilə yaxındır ki, istifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Zavod nəinki Azərbaycanda, hətta bütün Qafqazda belə ən böyük duz zavodudur. Həyatımızın təhlükə altına düşməsinə razı olmayaq, mənbəyi və mənşəyi bilinməyən saxta duz istehlak etməkdənsə, ən son texnologiyalarla, müasir tələblərə cavab verən avadanlıqlardan istifadə edilməklə ərsəyə gətirilən Masazır Duz Zavodunun istehsal etdiyi “Azərduz” və “Bizim duz” məhsullarından istifadə etmək daha məqsədəuyğun olardı”.
Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov bildirib ki, Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 21 iyul tarixində ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisənin tikintisinin sosial layihə olduğunu vurğulayan A.Səfərov zavodun Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edən bir sənaye obyekti olduğunu dilə gətirib.
Onun sözlərinə görə, dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə işləyən Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilib: “Duz zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəmin 300 ton olacağı nəzərdə tutulub. İldə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edən zavod Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır”.
İstehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir
Zavodun direktoru Əli Kamal Yıldız müəssisə barədə ətraflı məlumat verdikdən sonra, media nümayəndələri zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi proseslə yaxından tanış olublar.
Əvvəlcə duzun məhlul şəkildə əldə olunduğu Masazır gölü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Masazır gölü Azərbaycan Respublikasının Abşeron rayonun ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadı şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcüddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.
Müəssisə ilə tanışlıq zamanı jurnalistlər istehsalat sahəsini, xammal əldə edilən sahələri və müasir texnologiyaların tətbiq edildiyi laboratoriyaya da baş çəkiblər.
Duzun istehsalı prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə edən KİV nümayəndələri burada ilk olaraq xammal sahəsi, sonra isə duzun işlənmə prosesi ilə tanış olublar. Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.
KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər.
Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada jurnalistlərə duzun yodlaşdırılması və hər bir duz kristalının ölçüsünə görə yodlaşdırılan duz nümunələri göstərilib. Yodsuz, keyfiyyətsiz və insan sağlamlığına təhlükəli olan duzun mənfi keyfiyyətləri ilə yanaşı, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun istehsal edilən yodlu duzun bir çox müsbət cəhətləri haqqında KİV nümayəndələrinə ətraflı məlumatlar verilib.
Belə ki, bir daha əmin olduq ki, ölkənin bütün satış nöqtələrində istehlakçılara təklif edilən yüksək keyfiyyətli “Azərduz” və “Bizim duz” markaları bazarda satılan digər markalardan həm keyfiyyətinə, həm də saflığına görə dəfələrlə yüksək göstəricilərə malikdir. “Azərduz” və “Bizim duz” məhsulları keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan xörək duzu deyil, yüksək keyfiyyətli yodlaşdırılmış və 99,9 faiz saf olan ekstra duzdan ibarətdir. Artıq Gürcüstana ixrac edilən ekoloji baxımdan təmiz və insan orqanizmi üçün faydalı olan bu duzlar yaxın illərdə bütün MDB ölkələrinin bazarlarına da çıxacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

