Tehranın “ağ bayrağı”, Rusiya üçün “yeni Soçi” fürsəti...
01.04.2023 [10:20]
Abdullahianın “3+3” formatı ilə bağlı təklifinin altında yatan sirrlər...
Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursu birmənalı şəkildə əməkdaşlığa və qarşılıqlı milli maraqlara söykənən tərəfdaşlığa əsaslanır. Ölkəmiz xüsusilə qonşu dövlətlərlə münasibətdə hər zaman yüksək səviyyəni və qarşılıqlı anlaşmanı qoruyub saxlamağa çalışır. Təbii ki, bəzən bu mövqeyimizdən sui-istifadə etməyə çalışanlar tapılır ki, onlara cavabımız da adekvat olur.
Bu mənada, İranın Azərbaycana qarşı davranışları xüsusi qeyd edilməlidir. İllərdir ki, İrana qarşı səmimi qonşuluq münasibəti sərgiləyən Azərbaycan Tehrandan bunun cavabını görmədi - əksinə, 2020-ci il Vətən müharibəsinin bitməsi ilə İran özünün əsl simasını ortaya qoydu. Hətta müharibədən sonrakı dövrdə belə Azərbaycanın əməkdaşlıqla bağlı çağırışlarını cavabsız qoyan, işğalçı Ermənistanı dəstəkləməkdə davam edən İran bəzi məqamlarda öz davranışlarında düşmənçilik ştrixləri belə nümayiş etdirdi. Təbii ki, heç kimdən çəkinməyən, müstəqil daxili və xarici siyasət kursuna malik Azərbaycan üçün qəbulolunmaz sayılır. Tehranın yaratdığı mənzərənin fonunda münasibətlərin kəskinləşməsində səbəbkar isə birmənalı şəkildə İrandır.
Son dövrlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol, deyəsən, Tehranı da qəflət yuxusundan ayıldıb. Azərbaycanın Şərq ilə Qərb arasında əsas dialoq məkanı kimi qəbul edilməsi, ticarət münasibətlərinin məhz Azərbaycanda tənzimlənməsi İran üçün mühüm peşmançılıqlar yaradıb. Bunun nəticəsidir ki, tez-tez Azərbaycanla yaxın münasibətdə olan ölkələrdən münasibətlərin normallaşması üçün edilən “ricaların” əks-sədasını eşidirik - İran anlayır ki, Azərbaycana qarşı davranışlarında səhvə yol verib.
Rusiyanın “vasitəçilik” arzusu...
Yeri gəlmişkən, İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Rusiyaya son səfəri zamanı da analoji situasiyanı gördük. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edən rusiyalı nazir Bakı-Tehran münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını iddia edib. Sitat: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”.
Maraqlıdır ki, rusiyalı nazir özünün iranlı həmkarından nə baş verdiyini dəqiqləşdiribmi? İranın Azərbaycana münasibətdə niyə düşmən mövqe tutması soruşulubmu? Və ya Ermənistanla bağlı “qırmızı xətt” iddiaları irəli sürməsi Tehranın hansı strateji maraqlarına xidmət edir? Bir sözlə, münasibətlərin heç də yaxın qonşuluq prinsiplərinə əsaslanmamasının tək səbəbkarı İran və onun destruktiv fəaliyyətidir. Azərbaycan səfirilyinə edilən terror hücumu ilə bağlı prosesə hansı adı vermək olar? Bu kimi açıq suallar İranın dövlət strukturlarından cavabını gözləyir. Belə olan halda, Rusiyanın “vasitəçilik arzusu” hansı müstəviyə sığır? Deyəsən, Rusiya Ermənistanın ardından İranla münasibətlərin normallaşdırılması yönündə “yeni Soçi” prosesi formalaşdırmağa çalışır...
Yeni manevr - “3+3” müraciəti haradan qaynaqlanır?
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın açıqlamasında isə tamamilə fərqli “rənglər” yer alır. Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini söyləyən iranlı nazir özlərini başqa qiyafədə təqdim etməyə çalışır: “Hesab edirik ki, Cənubi Qafqaz regionunda gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Hesab edirik ki, burada sülh və sabitliyə doğru hərəkət etmək lazımdır. Regionda geosiyasi vəziyyəti dəyişmək üçün xarici müdaxilə və səylər daha da gərginləşdirici faktordur. Ona görə də hesab edirəm ki, biz “3+3” əməkdaşlıq mexanizmi ilə, eləcə də mövcud mexanizmlər vasitəsilə hərəkət etməliyik. Məlum regionda məsələləri nizamlamaq üçün güc tətbiqinə qaçmamalıyıq. Mən və həmkarım Lavrov hesab edirik ki, “3+3” əməkdaşlıq formatının növbəti iclası Tehranda keçirilsin. Bununla bağlı bizim ümumi mövqeyimiz var. Hesab edirik ki, bu, məsələlərin nizamlanmasına kömək edəcək”.
İran anlayır ki...
Abdullahianın bu açıqlaması özünüifşa materialıdır - yəni, İranın yeni simada təqdimatının altında yatan maraqların ifadəsidir. Abdullahian və ölkəsi prosesi diqqətlə izləyir və anlayır ki, bu məsələ formatından (Brüssel və ya Soçi) asılı olmayaraq Azərbaycanın tələbləri və şərtləri çərçivəsində öz həllini tapacaq. Belə olan təqdirdə isə Zəngəzur dəhlizinin açılması qaçılmazdır - Laçın yolu məsələsində də tam məğlub olan Ermənistan üçün son çıxış yolu Azərbaycanın tələblərini yerinə yetirməkdir. İranlı baş nazirin tələsik Moskvaya qaçaraq “3+3” barədə pafoslu çıxışı isə İranın əl atdığı sonuncu “saman çöpü”dür. Rəsmi Tehran anlayır ki, Türkiyə və Azərbaycanın iştirkı ilə reallaşan Şərq-Qərb marşrutu artıq bütün güclərin maraqları ilə uzlaşır - bir ucu Çindən başlayan ticarət yolu Azərbycan və Türkiyədən keçməklə Avropaya, oradan da Qərbə yol alacaq. Bu tranzitdə nəinki yer almayan, yaxına belə buraxılmayan İran artıq “offsayda” düşdüyünü dəqiqləşdirib. Ona görə də, “3+3” formatına yenidən qayıdışın mümkünlüyünü araşdırır. Başqa sözlə, Tehranın “son peşmanlığı” hər halından görünür...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

