Nazirlərin Moskva görüşü...
13.05.2023 [10:10]
Ermənistanın sülhdən başqa şansı yoxdur
Nardar BAYRAMLI
Mayın 19-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun arasında keçiriləcək görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinə dair məsələlər müzakirə olunacaq. Qeyd edək ki, sülh sazişi ilə bağlı danışıqların üç raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Amma uzun fasilədən sonra bu il 1-4 may tarixlərində XİN başçılarının Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqidir.
İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edir. Qeyd etdiyimiz kimi XİN başçıları bu yaxınlarda ABŞ-da görüşdülər. Görüşdə tərəflər bəzi məsələlərdə razılığa gəldiklərini bəyan etdilər. Fevral ayında isə ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə hər iki ölkənin liderləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdülər. Avropa İttifaqının vasitəçiliyi ilə də liderlərin bir neçə görüşü baş tutub. Növbəti görüşün mayın 14-də Brüsseldə keçiriləcəyini də bütün tərəflər təsdiqləyib.
Rusiyaya gəlincə, Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Bundan əlavə liderlərin digər görüşləri də keçirilib. Amma ötən ilin dekabr ayında Moskva görüşünə Ermənistan tərəfinin qatılmaması Rusiyada müsbət qarşılanmamışdı. Bununla belə, mayın 19-da nəzərdə tutulan Moskva görüşü sülh danışıqlarında növbəti mərhələni təşkil edəcək.
Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır. Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək.
Beləliklə, hazırda hər iki tərəf sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Prosesin ləng getməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir. Halbuki, erməni tərəfi Praqa sənədində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Rəsmi İrəvan Azərbaycanın 5 bənddən ibarət olan sülh sazşi üzrə təkliflərini qəbul etdiklərini bəyan etsə də, son zamanlar dövlət rəhbərliyi səviyyəsində - baş nazir, prezident, eləcə də xarici işlər naziri ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər. Bu da sülh sazişinin imzalanmasına əngəl olan amildir. Lakin erməni tərəfinin sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

