Paşinyan Rusiyadan “imtina” edir...
03.06.2023 [11:10]
Erməni baş nazir Kremli “satdı”...
Ermənistan ilə Rusiya arasında artıq aylardır ki, davam edən ziddiyyətlər get-gedə dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirmək” arzusuna qarşı tədbirlər görən Kreml mövqeyində qətidir - İrəvan heç bir halda “Qərbin müttəfiqi” olmayacaq. Bu tezis istər Rusiyanın siyasi rəhbərliyi, istərsə də hərbi komandanlığı tərəfindən tez-tez təkrarlanır. Qeyd edək ki, “müttəfiqləri” qarşı-qarşıya gətirən əsas səbəblər Aİ-nin uzunmüddətli missyasının Ermənistanda “yerləşdirilməsi”, eyni zamanda bu missiyanın tərkibində hətta “mülki geyimli jandarmların” da olması, ən əsası isə Ermənistan hakimiyyətinin Qərbə yönəlik “isti bəynatlar” səsləndirməsidir. Proseslərin inkişafı açıq şəkildə onu göstərir ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Bir neçə gün öncə Moskvada baş tutan Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Rusiya Prezidenti Putinin Ermənistanın baş nazirinə qarşı sərgilədiyi münasibət də çox mətləblərdən xəbər verirdi.
Bunun qarşılığında Avropaya “sığındığı” görüntüsünü yaratmağa çalışan Nikol Paşinyan isə sanki Moskvadan əvəz çıxmaq istəyir. Bu mənada Ermənistanın Avropa ilə yaxınlaşmasının hər bir ştrixində Kremlin hədəfə alınması görüntüsü yaradılır. Qeyd edək ki, son dövrlərdə səslənən siyasi bəyanatların ardından Rusiya ilə Ermənistan arasındakı siyasi-iqtisadi, hərbi əlaqələr belə təhlükəli fazaya qədəm qoyub. Artıq erməni baş nazir açıq kontekstdə Rusiya ilə müttəfiqliyin sona çatdığını bəyan edir. Hətta bu bəyanatlarda Qərbin müşahidə etməsi üçün bəzi “görüləcək tədbirlər” belə anons edilir.
Paşinyanın Rusiyaya “xəyanəti”...
Məsələn, baş nazir Paşinyan Çexiyanın “CNN.Prima” nəşrinə müsahibəsində Ermənistan Rusiyanın Ukraynada müharibə aparmasından narahatlığını dilə gətirib. “Siz bizim Rusiyanın müttəfiqi olduğumuzu dediniz. Əlbəttə, bu daha əvvəl heç vaxt açıq şəkildə deyilməyib, amma mən düşünürəm ki, bu görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə ilə, o münaqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu birbaşa olaraq bizim bütün əlaqələrimizə təsir edir”, - baş nazir bildirib.
Paşinyan əlavə edib ki, indiki vəziyyətdə heç kim Ermənistanı müttəfiqi olaraq görmür və bu ölkənin durumunu həssas edir: “Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu müşahidə edirlər, onlar hətta daha çox şey müşahidə edirlər, Rusiyada isə bizim onların Ukrayna müharibəsində müttəfiqləri olmadığımızı görürlər. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik, bu isə o deməkdir ki, biz müdafiəsizik”.
Paşinyan qeyd edib ki, Ermənistan dünyanın daha geniş regionlarında və hissələrində olan yükləri çiyninə götürə bilməz, çünki özünün kifayət qədər problemi var: “Təəssüf ki, bizim narahatlıqlarımız özümüzə kifayət edir və bizim Avropa İttifaqı, ABŞ və Rusiya ilə əlaqələrimizdə biz öz gündəliyimizdəki problemlərin həllinə çalışırıq ki, gördüyünüz kimi, bu, həmişə uğurlu olmur”, - Paşinyan deyib.
Göründüyü kimi, Paşinyan açıq şəkildə “Rusiyadan imtina” mərhələsinə qədəm qoyduğunu bəyan etmək istəyir. Təbii ki, bu açıq mesajın ünvanı da bəllidir - amma Kremlin bu xəyanəti cavabsız qoyacağını düşünmək də absurd olar. Yəqin ki, yaxın günlərdə İrəvana yönəlik hansısa “qəti bəyanatın” veriləcəyini güman etmək mümkündür...
KTMT “yanğısı” bitməyib...
Paşinyan öz müsahibəsində Rusiya-Ermənistan ziddiyyətinin əsas motivlərindən sayılan KTMT müəmmasına da toxunub. Erməni baş nazir KTMT-dən küskünlüklərinin səbəbinə bir daha toxunaraq Azərbaycanın təşkilatın üzvü olmaya-olmaya daha çox dəyərləndirildiyini etiraf edib. O bildirib ki, bu gün biz elə bir vəziyyətdəyik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində müəyyən məyusluq hökm sürür. Çünki bu təşkilat Ermənistanın təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizm sayılırdı. Paşinyan qeyd edib ki, KTMT-nin Ermənistana qarşı hərəkətləri təşkilatın nüfuzuna ziyan vurur. “Yəni bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü üçün müəyyən nəticələri olacaq”, - deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan ötən il KTMT-yə qarşı oynadığı oyunun fiaskoya uğramasını təssüflə danışır - 2022-ci ildə Azərbaycana qarşı təxribatlarında Ermənistan məhz bu amilə arxayın idi ki, KTMT onların yalanlarına inanacaq və Azərbaycana qarşı fərqli mövqe tutacaq. Amma bu, baş vermədi və hətta qurumun İrəvan toplantısında belə üzv ölkələrin soyuqqanlı davranışı Ermənistanın arzularını ürəyində qoydu. Paşinyan etiraf edib ki, məhz bu səbəbdən də KTMT-nin İrəvan sammiti zamanı bir sıra fundamental sənədlər üzrə konsensusa gəlmək mümkün olmadı.
Bəli, ötən il İrəvanda keçirilən iclasda Ermənistanın baş nazirinin KTMT-yə qarşı irəli sürdüyü narazılıqlar heç bir ölkə tərəfindən ciddi qəbul edilməmişdi. Tam əksinə, sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, ölkəsinin KTMT sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. Beləliklə də, Ermənistanın qurumda anti-Azərbaycan ab-havası yaratmaq istəyi fiaskoya uğramışdı. Sonrakı mərhələdə Ermənistan bunun “günahını” Rusiyada görmüşdü - qurumun aparıcı dövləti kimi öz “müttəfiqinə” yardım etmək öhdəliyi daşıdığını vurğulamışdı. Amma bu kimi təzyiqlər də fayda verməmişdi.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

