Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 105 il əvvəl imzalanan 100 saylı əmr

105 il əvvəl imzalanan 100 saylı əmr

15.09.2023 [10:30]

Bakı daşnak-bolşevik birləşmələrinin əsarətindən necə xilas edildi?

Bu gün biz tarixi simasını qoruyan, eyni zamanda müasir tikililəri ilə göz oxşayan doğma Bakımızla qürur duyuruq. Bakı hər bir azərbaycanlının qəlbində əvəzolunmaz yeri olan bir şəhərdir. Lakin 105 il bundan əvvəl baş verən hadisələr olmasaydı, biz məkrli ssenarilər əsasında Ermənistan adlı dövlətin qurulduğu digər tarixi ərazilərimiz kimi Bakını da itirəcəkdik. Söhbət 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsindən gedir. Bu, Azərbaycan-Tükiyə dostluğu, qardaşlığı tarixində ən taleyüklü məqamlardan biridir.  

İmperialist mərkəzlərin Bakıda kəsişən maraqları

Bəhs olunan dövr son dərəcə ziddiyyətli və burulğanlı idi. Əlverişli coğrafi mövqedə yerləşən, eləcə də karbohidrogen ehtiyatları ilə zəngin olan Bakı tarixən istilaçıların, müxtəlif imperialist güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi bir məkan olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda da Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Çox təhlükəli proseslər izlənilirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri də Bakıda öz çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi.

İlk azad edilən şəhərimiz Gəncə oldu

Həmin dövrdə Gəncədə də vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi.

Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi. Qeyd edək ki, Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusunun, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılmışdı. Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi erməni-bolşevik qruplaşmasının böyük hiddətinə səbəb olmuşdu. Onlar iki istiqamətdən - Şamaxı yolu və dəmir yolu xətti ilə Bakıdan Qərbə doğru irəliləyərək Gəncəyə can atırdılar. S.Şaumyanın rəhbərlik etdiyi qüvvələrin məqsədi Gəncədə AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq idi. Buna görə də yerli əhali tərəfindən dəstəklənən Qafqaz İslam Ordusu qəti hərəkətə keçərək Şərqə doğru istiqamət götürdü. İyunun 10-da Gəncədə ermənilərin tərksilah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərksilah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı.

Daşnak qüvvələrinin Göyçayda növbəti məğlubiyyəti

Həmin dövrdə S.Şaumyanın təkidi ilə Bakı Xalq Komissarları Soveti tərəfindən AXC-nin və Qafqaz İslam Ordusunun fəaliyyətinə son qoymaq üçün xüsusi plan hazırlanmışdı. Elə bu məqsədlə də 1918-ci il iyunun 4-də 20 minlik Bakı soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qafqaz İslam Ordusu düşmən qüvvələrini Qaraməryəm ətrafında qarşıladı.

Düşmən qüvvələri ilk dəfə məğlubiyyətin acısını Göyçayda iyunun 27-də yaşadılar. Qafqaz İslam Ordusu düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Göyçayda aparılan uğurlu əməliyyatlardan sonra Qafqaz İslam Ordusu müdafiə taktikasını hücumla əvəzlədi və düşmən tərəf zəbt etdiyi ərazilərdən geriyə sıxışdırıldı. Ağsu, Kürdəmir daşnak-bolşevik birləşmələrindən təmizləndi. İyulun 20-də Şamaxı Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.

Bakıda Qafqaz İslam Ordusunun böyük Zəfəri

Bakıya doğru hərəkət edən Qafqaz İslam Ordusunun əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Erməni-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər. Onlar bütün silahlı qüvvələrin döyüşlərə göndərilməsi ilə bağlı qərar qəbul etdilər. Qafqaz İslam Ordusu hissələri Bakı uğrunda döyüşlərdə düşmənin müqavimətini qırdı. S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət Daşnaksytyun partiyasının əlində idi.

Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.

Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Beləliklə, 105 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır.

MÜBARİZ

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30