Terrorçuya ən ağır cəza...
03.10.2023 [10:30]
İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən cinayətkara qarşı ölüm hökmü çıxarıb
N.BAYRAMLI
İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb. Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb. Qeyd edək ki, bu il yanvarın 27-də törədilmiş terror aktı zamanı Azərbaycan səfirliyinin əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuş, iki mühafizəçi isə yaralanmışdı.
Səfirliyimizə silahlı hücum Azərbaycanla İran arasında siyasi münasibətlərə ciddi təsir etmiş, ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bununla belə, İran tərəfi hadisənin obyektiv araşdırılacağını və cinayəti törədənlərin layiqli cəzasını alacağını bəyan etmişdi. Bu istiqamətdə İranın hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə əməkdaşlıq ediblər. Bu hadisədən sonra İranın bir sıra rəsmi şəxsləri ölkəmizdə səfərdə olublar. Məsələn, iyul ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda səfərdə olmuşdu, Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmişdi. Səfər zamanı o, dövlət başçısı və xarici işlər naziri ilə də görüşmüşdü. İyulun 5-də Prezident İlham Əliyevlə görüşündə iranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirmişdi.
Eyni zamanda, hər iki ölkənin XİN başçılarının da görüşü və telefon danışıqları olub. Bu danışıqlarda da Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Səfirliyimizə terror hücumu edən cinayətkarın ən ağır cəza ilə cəzalandırılması isə İranın ölkəmizlə münasibətlərində problemlərin aradan qaldırılmasına və qarşılıqlı əlaqələrin inkişafına maraqlı olmasının göstəricisidir. Bu, Azərbaycan dövləti tərəfindən müsbət qarşılanır. Ümumiyyətlə, görünən odur ki, son zamanlar tərəflər arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif bəyanatlar səsləndirilib. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mənada, qonşu İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də bütövlükdə regionumuz üçün faydalıdır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

