Avropa İttifaqı “tuneldəki işığı” görür...
22.11.2023 [11:08]
Ermənistan məqsədli şəkildə regional əməkdaşlıqlardan yayındırılır
Post-müharibə dövrü Cənubi Qafqaz üçün yeni perspektivlər müəyyənləşdirib. 2020-ci ilin noyabrında ortaya çıxan siyasi reallıqlar regiona yeni inkişaf mərhələsi vəd edirdisə, 2023-cü ilin sentyabrından sonrakı mərhələ bu inkişaf mərhələsinin sərhədlərini, trayektoriyasını, axarını və ən əsası isə məcrasını müəyyənləşdirdi. Yeni dövr üçün yeni inkişaf tempinin lokal dövlətlər üçün deyil, bütövlükdə region üçün xarakterik olması planlaşdırılır. İsbatı ortadadır - müharibəyə qədərki dövrdə region ölkələrinin iştirakı ilə bir sıra üçlü (Azərbaycan - Gürcüstan - Türkiyə; Rusiya - İran - Azərbaycan və s.) və ya dördlü (Azərbaycan - İran - Türkiyə - Rusiya) əməkdaşlıq platformaları reallaşdırılırdısa və ya nəzərdə tutulurdusa, artıq həm miqyas, həm hədəfələr, həm də predmetlər dəyişib. Məsələn, “3+3” formatı kimi müəyyənləşdirilən və Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən platforma region problemlərinin regiondankənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunmasını, regional əməkdaşlıqların möhkəmləndirilməsini özündə ehtiva edir. Bu platforma isə iqtisadi əlaqələrə istinad etsə də qarşıdakı müddət üçün siyasi münasibətlərin tənzimlənməsi baxımından mühüm rol əldə edə bilər - məsələn, regionda distabillik yaratmağa çalışanlar məhz bölgə ölkələri tərəfindən qınanılsa, sülhə, təhlükəsizliyə dəvət edilsə, mühüm nəticələr vermiş olar.
“3+3”ün effektivliyi...
“3+3” formatı iqtisadi tənzimləyici statusu daşısa da, qeyd edildiyi kimi dayanıqlı iqtisadi əlaqələr sabit və təhlükəsiz regiona əsaslanır. Son dövrlərdə region ölkələrinin Ermənistana yönəlik sülhə çağırış mesajları da onu deməyə əsas verir ki, geosiyasi məkanımızı əhatə edən bu platforma münasibətlərin normallaşması prosesinə də təsir göstərə bilər. Məsələn, formatın son İran toplantısında Azərbaycan XİN başçısı Ceyhun Bayramovun səsləndirdiyi fikirlər, Rusiyanın, İranın rəsmi şəxslərinin fikir mübadiləsi onu deməyə əsas verir ki, bölgə problemin həllində maraqlı görünür. Onsuz da Rusiya iki dövlət arasında münasibətlərin normallaşması ilə bağlı prosesdə vasitəçi qismində iştirak etməkdədir. Bu mənada, seçilən formatın siyasi əlaqələrin normallaşmasının iqtisadi müstəviyə əsaslı təsirini əyani şəkildə Ermənistana izah etmək imkanı daha geniş və effektivdir. Başqa sözlə, Rusiya və başqa 3+3 ölkələri Ermənistanı daha rahat və tez şəkildə sülhə tərəf yönləndirə bilər.
Klaarın “format narahatlığı”...
Bu məqamı deyəsən “qərbli vasitəçilər” də sezməkdədir. Əks halda, Azərbaycan ilə Ermənistan arasında “orbitr” rolunu üstlənən başqa bir tərəf - Avropa İttifaqı açıq kontekstdə narahatlığını biruzə verməzdi. Son dövrlərdə daha çox münasibətlərin normallaşması prosesini dondurmağa yönəlik addımlar atan Aİ bu dəfə də anlaşılmaz mövqeyi ilə seçilir - Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın açıqlaması bunu deməyə əsas verir. Aİ rəsmisi bildirib ki, təmsil etdiyi təşkilat 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxır. “Lakin mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və bunun hansı platformada əldə olunması daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dəfələrlə müzakirə olunub. Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük”, - deyə Klaar bildirib.
Ermənistan anlasa...
Klaarın birdən-birə bu tipli açıqlama verməsi qəribə görünür - 3+3 formatının iki illik fəaliyyəti dövründə bir dəfə də olsun Aİ bu tip açıqlama ilə gündəmə gəlmək zərurəti duymamışdı. Birdən-birə Klaarın belə bəyanat səsləndirməsi hansı ehtiyacdan irəli gəlir?
Klaarın da anladığı qədər artıq münasibətlərin nizamlanması ilə bağlı prosesdə mütləq bir yol qət olunub. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü detallı şəkildə tanıyır, ərazi bütövlüyü məsələsində uzlaşma ortadadır. Delimitasiya və demarkasiya prosesinin də eskizi cızılır - bu prosesin də inkişaf çərçivəsi ilə bağlı proqnozlar aşağı-yuxarı daim müzakirə olunur. Başqa sözlə, artıq sülhün bir addımlığında dayanılıb - əgər region dövlətləri sülhün Ermənistana verəcəyi iqtisadi-siyasi dividendləri İrəvana başa sala bilsə, İrəvanı sülhdən yayındıran xarici qüvvələri zərərsizləşdirmək mümkün olsa... Belə olan təqdirdə, Fransa və onun dəstəkçi qrupunun bütün “əziyyəti” yerdə qalmış olacaq. Bu isə ən real yoldur. Ermənistan üçün də regional platformada razılığın əldə olunması daha çox xeyir verəcək, nəinki kiminsə boyunduruğu altında...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

