Mövqeyimiz aydın, yanaşmamız bəllidir...
20.02.2024 [10:20]
Almaniyanın təşəbbüsü ilə keçirilən görüş də onu göstərir ki, Ermənistanla müzakirələr üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur
2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ərazi bütövlüyümüzü təmin etmişdisə, ötən ilin sentyabrında baş tutan antiterror tədbirləri suverenliyimizin bərpasına yol açdı. Bu ilin 7 fevralında keçirilən prezident seçkiləri isə Azərbaycanın müstəqillik ərzində bütün ərazilərində keçirilən səsvermə kimi tarixə çevrildi. Prezident İlham Əliyevin Xankəndidə yerləşən seçki məntəqəsində səs verməsi bütün dünyaya bir mesaj oldu - Prezidentin bildirdiyi kimi “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Azərbaycanın mövqeyi aydın və şəffafdır. Artıq “Qarabağ problemi” adlı bir məsələ yoxdur. Qarşıdakı mərhələ ilə bağlı isə bizim yanaşmamız bəllidir. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında bildirib: “Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”.
Bəli, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla hər hansı bir müzakirədə kimlərinsə iştirakına ehtiyac yoxdur. Biz ikilikdə də danışıb bütün suallara aydınlıq gətirə bilərik.
Bəlli olduğu kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada səfərdə olan Prezident İlham Əliyev ilə görüşmək üçün çoxsaylı təşəbbüslər, müraciətlər edilir. Müraciət edənlər arasında dövlət başçıları, ölkələrin rəsmi şəxsləri, tanınmış korporasiyaların və şirkətlərin rəhbərləri yer alır. Fevralın 17-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts da Prezident İlham Əliyev ilə görüşmək üçün təşəbbüs göstərib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub.
AZƏRTAC-ın bununla bağlı yaydığı informasiyada bildirilir ki, görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Burada bir məqam xüsusilə diqqət çəkir - Almaniya Kansleri Şoltsun təşəbbüsü ilə keçirilən Azərbaycan-Ermənistan müzqkirələri qətiyyən 3 tərəfli görüş deyil. Vurğulandığı kimi, Azərbaycanın Ermənistan ilə müzakirələrə münasibəti aydın və tematikdir. Yəni, biz müzakirənin ikitərəfli əsasda keçirilməsini dəstəkləyirik. Münxendə keçirilən görüş də məhz 2 tərəfli görüşdür. Sadəcə olaraq, Almaniya tərəfi müraciət əsasında təşəbbüskar kimi çıxış edib.
Bəli, Azərbaycan bütün məsələlərdə olduğu kimi, bu məsələdə də konkret mövqeyini ortaya qoyur. Dövlətimizin yanaşması isə müzakirələrin nəticə verəcək axara düşməsinə ən real zəmindir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

