Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İspan inəyi kimi fransızca danışmayın!

İspan inəyi kimi fransızca danışmayın!

01.03.2024 [10:00]

Avroparlament “oMi(a)kron” ştammını yaymaq üçün səfərbər olub

Korrupsioner mahiyyəti ilə “ad çıxarmış” Avropa Parlamenti növbəti dəfə özünün çirkin, beynəlxalq hüquqa qarşı hörmətsiz davranışını ortaya qoydu - qurumun Azərbaycana qarşı qeyri-hüquqi və erməni marağından qaynaqlanan “tələblər” irəli sürməsi” bunun real mənzərəsidir. Ümumiyyətlə, Qərbin siyasi konyuktrunda özünü real güc hesab edən və davranışlarını da məhz bu tezis üzərində formalaşdıran bəzi “beynəlxalq” statuslu təsisatların iş prinisipi heç kimə sirr deyil. Bu təşkilatlar müəyyənləşdirdikləri “yuridik dislokasiya” üzrə fərqli standartlara əsaslanan yanaşmalar sərgiləyir, özlərinin maraq çərçivələrinin sərhədlərini “bəyan edirlər”. Başqa sözlə, bu təşkilatların hədəfinə çevrilməmək, qondarma “qərar” və ya “qətnamələri” ilə rastlaşmamaq üçün özlərinin bəyan etdikləri “hüquqi məqsəd və ideallar” üzrə əməkdaşlıq bəs etmir.

Enerji əməkdaşlığı hədəfə alınır...

Heç bir hüquqi əsasa, əhəmiyyətə və mənaya malik olmayan bu “qətnamələr”in ortaya çıxma səbəbləri isə bəllidir. Maraqlıdır ki, Avroparlamentin qarşısında “tələb qaldırdığı” Aİ özü və təşkilata üzv dövlətlər “sənəddə” əks olunan “nağılları” qəbul etmir. Səbəb bəllidir - Azərbaycan Avropa İttifaqı və quruma daxil olan dövlətlərin əksəriyyəti ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz Qərbin son dövrlərdə ən çox əziyyət çəkdiyi enerji təminatı məsələsində açar dövlətlərdən biri sayılır. Siyasi predmetlər üzrə dialoqun səviyyəsi yüksəkdir. Ticari və iqtisadi ələqələr isə günü-gündən genişlənir. Bunun üstünə gəlsək ki, Azərbaycan Aİ-nin yaxın enerji tərəfdaşıdır, beləliklə qurumun bir “parçası” sayılan Avropa Parlamentinin bu cür çirkin davranışı anlaqlı hal sayıla bilməz. Aİ qarşısında səsləndirdiyi gülünc tələbi ilə AP özünün qeyri-sabit və qeyri-adekvat vəziyyətni ortaya qoymuş olur.  Çünki birincisi, Azərbaycanla enerji üzrə bağlanan müvafiq razılaşmaların pozulması demək olar ki, mümkünsüzdür - çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Xatırladaq ki, 2022-ci ilin iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz “qoca qitə”yə 8 milyard kubmetr qazı çatdırıb. 2023-cü il üçün isə hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etmək idi. Həmin həcm artıq sona yetmiş il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edirdi. Beləliklə, Azərbaycan hazırda Avropanın enerji təminatının ən fəal iştirakçılarından biridir və ölkəmizə qarşı hər hansı bir “sanksiya” tələbi ilə çıxış edilməsi yersiz və beynəlxalq hüquqa ziddir.

Avroparlamentin “almaz himayəçisi” - Karapetyan AP üzvlərini necə maliyyələşdirir?

Bu kimi “çağırışların” əsas mənbəyi və məqsədi isə bəllidir. Avropa Parlamentindəki bəzi “deputatlar”ın erməni lobbisi tərəfindən idarə olunduğu heç kimə sirr deyil. Heç bir  hüquqi əsası olmayan qondarma tələblər də məhz həmin deputatlara verilən “sifarişlərin” nəticələridir. Çox uzağa getmədən bir müddət  öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsini yada salmaq olar. Onsuz da irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin üzvlərinin adının belə çirkin korrupsiya faktlarında hallanması bir həqiqəti təsdiqləyir -Avroparlamentdə müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisi “əyilir”, beynəlxalq prinsiplər arxa plana keçirilir, lobbi maraqları önə çəkilir. Avropa Parlamenti üzvlərinin yeni seçkilər öncəsi Azərbaycana qarşı bu kimi çirkin kampaniyada iştirakı isə onların erməni lobbisi tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi ilə birbaşa bağlıdır.  Azərbaycana qarşı çağırışların daimi “səsləndiricisi” olan deputatlar erməni lobbisinin pulu ilə işləyir - maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Maraqlı nüanslardan biri korrupsiya faktı ilə həbs edilmiş Eva Kailinin həbsinə qədər onun Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olması və bu çərçivədə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx əlaq?ləridir.  Bu təşkilatın prezidenti ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır. Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, avroparlament üzvlərinin “Daşnaksütun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlərini təşkil etməsi, habelə maliyyə dəstəyi göstərməsi real mənzərəni göz önündə canlandırır.

Vurğulayaq ki, Karapetyanın AP üzvləri ilə əlaqələri bununla məhdudlaşmır - erməni milyarder maliyyələşdirdiyi deputatların əli ilə Aİ-nin Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olur. Çünki Rusiyadan almazların Belçikaya gətirilməsi, orada cilalanaraq satılması Karapetyanın qanlı almaz biznesinin tərkib hissəsidir. Ermənistandan da gətirilən almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılır. Karapetyanın yaratdığı qeyri-qanuni biznes şəbəkəsi ilə AP deputatlarının maliyyələşdirilməsi bu cür sinxron şəkildə davam edir.

Durbin”lər Türkiyəyə tərəf “uzadılır”...

AP-nin irəli sürdüyü “tələblər” sırasında bir nüans xüsusi diqqəti cəlb edir: Aİ-nin Ermənistandakı missiyasının həcmini artırmaq və müddətini uzatmaqla onun səlahiyyətlərini gücləndirmək, habelə Ermənistan-Türkiyə sərhədində müşahidəçilər yerləşdirmək. Göründüyü kimi, bu “tələblər” Makronun antiregion siyasəti ilə uzlaşan məsələlərdir. Yəni, “durbin uzadanlar”ın sayının daha da artırılması, fransız jandarmeriyasının Ermənistanda “mülki missiya” adı altında yerləşdirilməsinin təmin edilməsi onların əsl məqsədlərini ortaya çıxarır. Onsuz da zaman-zaman bu kəşfiyyatçı qrupun əsl fəaliyyəti ilə bağlı informasiyalar yayılır və apardıqları təxribatçı hərəkətlər ifşa edilir. Bu və ya digər şəkildə Ermənistanı silahlandıran Fransa artıq Avropa Parlamentinin əli ilə özünün regiondakı varlığını “rəsmiləşdirməyə” çalışır. Bu dəfə Türkiyə sərhəddinə də “durbin nəzarəti” funksiyası əldə etməyə can atması isə Qərbin bütövlükdə regiondakı yeni siyasi situasiyadan çəkindiyini göstərir. Onlar artıq bilirlər ki, bölgədəki Türkiyə - Azərbaycan birliyi real güc mərkəzi funksiyasını daşıyır...

Omi(a)kron” ştammının yeni yayıcıları...

Etiraf olunmalıdır ki, son 4 ildə ortaya çıxan yeni siyasi-hərbi reallıqlar Fransanın timsalında Avropa Parlamentini də separatizm “pandemiyası”nın yeni “ştamı” olan “oMi(a)kron” ştamının yayılmasına “səfərbər edib”. Azərbaycana qarşı qeyri-hüquqi niyyəti, fikirləri özündə ehtiva edən bu ştam “Qərb dəyərləri”nin dəyərsizliyini üzə çıxarır. Bu kimi islamofob, Azərbaycanofob hərəkətlər isə adını “demokratik” təsisat qoymuş bir təşkilat üçün üz qaralığıdır. Erməni maraqlarının əsirinə çevrilmiş bu kimi təsisatlar Azərbaycanın haqq işinə mane olmaq üçün bütün vasitələrə əl atırlar. Eyni sözləri Aİ-nin bir strukturu olan AP haqda da demək olar. Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

Bəli, bu kimi çirkin oyunların arxasında məhz separatizmin “omi(a)kron” ştammının yayıcıları dayanır. Avropa Parlamentində olan islamofob, rasist və türkofob dairələr, səlibçi və kolonist təfəkkürlü agentlər isə bu qeyri-hüquqi davranışların yayılması üçün çalışır. Avropa Parlamentinin deputatlarına isə deməyə bir söz qalır - məşhur fransız atalar sözündə olduğu kimi: İspan inəyi kimi fransızca danışmayın...

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31