/ / Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və TANAP layihəsinin imzalanması Türkiyə və dünya mətbuatının diqqət mərkəzindədir
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və TANAP layihəsinin imzalanması Türkiyə və dünya mətbuatının diqqət mərkəzindədir
27.06.2012 [23:28]
“Hürriyet” qəzetinin “İmzalar atıldı” sərlövhəli məqaləsində Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış TANAP layihəsi Avropaya körpü adlandırılıb. Yazıda qeyd olunur ki, 2013-cü ilin yazında tikintisinə başlanılacaq və beş ilə tamamlanması planlaşdırılan, ildə 24 milyard kubmetr təbii qaz nəql edə biləcək bu boru kəməri Türkiyə iqtisadiyyatı, habelə Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzalaması iki ölkə arasında qardaşlığın bariz təzahürüdür.
“Milliyet” qəzetinin “7 milyard dollarlıq imza” başlıqlı məqaləsində isə Rəcəb Tayyib Ərdoğanın “bu layihə təkcə ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyəcək, eyni zamanda, Türkiyə ərazisində Azərbaycan ilə Avropa arasında daha sıx əlaqələri təmin edəcəkdir” fikri önə çıxarılıb. İki liderin istər təkbətək görüşündə, istərsə də imzalanma mərasimində bir-birinə “qardaşım” deyə müraciət etməsi də vurğulanıb. BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi”nin imzalanması da qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda mühüm addımlar kimi dəyərləndirilib.
“HaberTürk” qəzetinin “TANAP canlı əlaqələri gücləndirəcək” sərlövhəli məqaləsində Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış layihə ilə Türkiyə və Azərbaycanın həm Avropa İttifaqının enerji marşrutlarının şaxələndirilməsi siyasətinə bir töhfə verəcəkləri, həm də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağı qeyd edilib.
“Cumhuriyet” qəzetinin məqaləsində Prezident İlham Əliyevin “İki ölkə arasında sıx əlaqələr olmasaydı, heç bir sahədə uğur qazana bilməzdik” sözləri önə çıxarılıb. Azərbaycan dövlətinin başçısı Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu, əməkdaşlığın getdikcə daha da dərinləşdiyini vurğulayıb. Prezident deyib ki, bu əlaqələrin təməlində ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığı və dostluğu dayanır. Prezident İlham Əliyev Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini də xatırladaraq, bu gözəl günləri yaşadığı üçün xoşbəxt olduğunu söyləyib. Dövlətimizin başçısı, eyni zamanda, birgə həyata keçirilən layihələrin iki ölkəni birləşdirdiyini söyləyib, onların iqtisadi mənfəətlə yanaşı, sağlam zəmində qurulmuş əlaqələrimizin nəticəsi olduğunu bildirib. Azərbaycan Prezidenti, həmçinin dünyada Türkiyə ilə Azərbaycanın əlaqələri kimi ikinci bir əlaqəni tanımadığını, bölgədə problemlərin həlli istiqamətində birgə hərəkət etdiyimizi, TANAP layihəsinin də yalnız iki ölkəyə məxsus olduğunu və onların öz vəsaiti ilə həyata keçiriləcəyini söyləyib.
“Yeni Şafak” qəzetinin “Azərbaycan qazında tarixi anlaşma” başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin zəngin təbii qaz yataqlarına malik olduğu, “Şahdəniz” yatağında 1.2 trilyon kubmetr, başqa hesablamalara görə 2.6 trilyon kubmetr qaz potensialı olduğu sözləri önə çıxarılıb. Dövlətimizin başçısının “bu gün başladığımız layihə bəlkə 100 ildən uzun bir müddətdə bizim ehtiyaclarımızı təmin edəcək, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılmasına imkan yaradacaqdır” fikirlərinə də yer verilib.
Məqalədə Rəcəb Tayyib Ərdoğanın “biz bu gün Azərbaycandan 6 milyard kubmetr, daha sonra 10 milyard kubmetr qaz alacağıq. Sonrakı illərdə nə qədər ehtiyacımız varsa, Əliyev qardaşım o qədər verə bilərik dedi” sözləri də yer alıb. Türkiyə hökuməti başçısının Azərbaycanın “Petkim” şirkətinin özəlləşdirmədən sonra yenidən qurulması sahəsində fəaliyyətinə verdiyi yüksək qiymət də məqalədə ayrıca yarımbaşlıqla verilib.
“Zaman” qəzetinin “Azərbaycan ilə təbii qazda tarixi əməkdaşlıq” başlıqlı məqaləsində də Azərbaycan Prezidenti İlham Əliyevin imzalanma mərasimindəki çıxışına geniş yer verilib. Dövlətimizin başçısının “ən sıxıntılı zamanlarımızda Türkiyə Azərbaycanın yanında olub. Xalqımız heç bir zaman bunları unutmayacaq. TANAP layihəsi də bu işlərin bir təzahürüdür. Bu günü tarixi bir gün olaraq qəbul edirəm” fikirləri yer alıb.
“Sabah” qəzetinin “Enerjidə nəhəng anlaşma”, ingilis dilində nəşr olunan “Today`s Zaman”, “Vatan”, “Yeni çağ” və digər qəzetlərin dərc etdikləri yazılarda da Azərbaycan dövlətinin başçısının Türkiyəyə səfəri çərçivəsində TANAP layihəsinə dair imzalanmış sənədlər, onların əhəmiyyəti geniş təhlil olunub.
Prezident İlham Əliyevin Türkiyəyə səfərindən “Anadolu”, “İhlas”, “Cihan” xəbər agentlikləri operativ xəbərlər verib, qardaş ölkənin ən nüfuzlu televiziya kanalları imzalanma mərasimini canlı olaraq yayımlayıblar.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri və TANAP layihəsinin imzalanma mərasimi dünya mətbuatının da diqqət mərkəzində olub. “Reuters” agentliyi “Azərbaycan və Türkiyə arasında 7 milyard dollarlıq saziş”, “Associated Press” agentliyi “Türkiyə və Azərbaycan qaz kəməri sazişi imzaladılar” başlıqlı xəbərlər, “Bloomberg”, “Əl-Cəzirə”, BBC, CNN, “Fox” kimi dünyanın ən nüfuzlu televiziya kanalları bu mühüm səfər və sənədlərin imzalanması mərasimindən geniş reportaj və süjetlər yayımlayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40

