Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir

Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir

11.06.2021 [14:03]

Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələrdə davamlı inkişafı Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələrinin göstəricisidir. “44 günlük Vətən müharibəsinin gedişində Türkiyə daim Azərbaycanın yanında oldu, Qarabağ problemini öz məsələsi hesab etdi. Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. Nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Beləliklə, bu gün Türkiyə Azərbaycanın qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir”, - deyə A.Məmmədov bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyil. Çoxəsrlik tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə silinməz parlaq səhifələr əlavə edir. “Azərbaycan-Türkiyə həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni təmələ malik sarsılmaz qoşa qanadlarıdır”, - deyə deöutat diqqətə çatdırıb.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin formalaşdığını diqqətə çatdıran deputat bildirib ki, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabucco” kəmərinin inşası Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən çox asılıdır. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında yüksələn xətlə inkişaf edən münasibətlər hər iki ölkənin hakim partiyalarının əlaqələrinin də yeni müstəviyə keçməsinə zəmin yaradır. Belə ki, YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərinə səfəri, eyni zamanda, hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması məhz ölkələrimizin siyasi arenada müxtəlif istiqamətlərdə yaxınlaşmasının müjdəçisidir. Belə ki, YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da genişləndirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də deputatların beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri durmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin möhkəmliyindən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim siyasi partiyalar səviyyəsində də nümunəvi məcrada və dinamik şəkildə inkişaf edəcəyini göstərir.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30