Ən ağır allergiya növü...
02.05.2024 [11:10]
Ümumdünya Astma ilə Mübarizə Günüdür
Y.SAHİB
Dünyada astma və digər allergik xəstəliklərdən əziyyət çəkənlərin sayı hər gün artmaqdadır. Bunlardan biri olan astma uşaqlarda ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 360 milyon insanın astma xəstəliyindən əziyyət çəkdiyi və dünyada hər il 400 mindən çox insanın astma xəstəliyindən öldüyü təxmin edilir.
Astma geniş yayılmış bir xəstəlik olduğu üçün maarifləndirmə məqsədi ilə hər il may ayının ilk həftəsində Ümumdünya Astma ilə Mübarizə Günü kimi qeyd edilir. GARD (Xroniki Tənəffüs Xəstəliklərinə Qarşı Qlobal Alyans) çərçivəsində hər il ictimaiyyət və səhiyyə işçiləri üçün təlim və maarifləndirmə toplantıları təşkil edilir.
Astmanın əlamətləri hansılardır?
Astma uzun müddətli bir ağciyər xəstəliyidir. Astmatik xəstələrdə tənəffüs yolları həssasdır və müəyyən hərəkətverici təsirə məruz qaldıqda iltihablanır, daralır və nəfəsalmada çətinlik yaşanır. Astma adətən uşaqlıq yaşlarında başlayır, ancaq hər hansı bir yaşda astmanın inkişaf etməsi də mümkündür. Xəstəliyin yaranma səbəbləri tam aydın deyil, ancaq bilindiyi kimi, ekoloji və genetik amillər insanlarda astmanın inkişafında böyük rol oynayır. Astmanın başlanğıcı və əlamətləri insandan insana görə dəyişir.
Xəstəliyin müalicəsi...
Astma erkən mərhələdə, başqa sözlə, ağciyərlərə qalıcı ziyan vurmadan asanlıqla idarə oluna bilən bir xəstəlikdir. Xəstəliyi tamamilə müalicə etmək mümkün olmasa da, astma tutmalarını azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün müalicə üsulları mövcuddur. Bu müalicə növləri insanın yaşına, müalicəyə verdiyi reaksiyaya və yaşanan astmanın şiddətinə görə fərqlənə bilər.
Ağciyərlərə qalıcı ziyan vurula bilər
Bronxial genişlənmə bronxodilatator dərmanlarla təmin edilərkən, antiinflamatuar dərmanlarla hücumların sayını azaltmaq məqsədi daşıyır. Dayanıqlı hallarda bioloji agentlərdən istifadə edilə bilər. Astma dərmanlarını həkim tərəfindən təyin olunan dozada və vaxtda istifadə etmək son dərəcə vacibdir. İnhalyasiya edilən dərmanların istifadəsi zamanı tam nəfəs almaq və nəfəsi bir müddət saxlamaq lazımdır. Yenidən istifadə etməzdən əvvəl ağciyərlərdəki hava tamamilə boşaldılmalıdır.
Astma ağciyərlərə qalıcı ziyan vura bilən mühüm bir sağlamlıq problemidir. Xəstəlik zəiflik, stress, narahatlıq, depressiya, öyrənmə problemləri, pnevmoniya, tənəffüs çatışmazlığı, ağciyərin qismən və ya tam çökməsi kimi ağırlaşmalara səbəb ola bilər.
Xəstəliyi nəzarətdə saxlamaq üçün nə etməli?
Astma nəzarətini çətinləşdirən bir sıra amillər var ki, onlar dərmanlardan düzgün və müntəzəm istifadə etməmək, yoluxucu infeksiyalar, allergenlər, siqaret tüstüsü və kimyəvi maddələr kimi qıcıqlandırıcılara məruz qalmaqdır. Araşdırmalar göstərib ki, xəstələrin dərmanlarını həkiminin tövsiyə etdiyi kimi qəbul etməsi, siqareti tərgitməsi, kök xəstələrin arıqlaması, sağlam və balanslı qidalanma, nizamlı olaraq idmanla məşğul olunması, nəfəs aldığı havanın təmiz tutulması astmaya nəzarəti asanlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25

