Yeniliklərdən geri qalmamalıyıq...
30.05.2024 [10:39]
Hansı ixtisasların yaranmasına ehtiyac var?
Ötən günlərdə Bakıda keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” konfransında iştirak edən Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı yeni ixtisasların yaranmasına ehtiyac olduğunu bildirib. O, həmçinin qeyd edib ki, milli təhsil sistemi olaraq yeniliklərdən geri qalmamalıyıq: “Adətən, çalışırıq yeni tendensiyalara uyğun yeni ixtisaslar yaradaq. Hansı sahə olursa-olsun fundamental elm olduqca vacibdir. Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var”.
Xatırladaq ki, bu yaxınlarda ali məktəblərimizdə yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib. Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”nda meyarlar əksini tapıb.
Texnologiya yönümlü ixtisaslar yaradılmalıdır...
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda universitet və kolleclərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil: “Artıq həmin ixtisaslarla “sağollaşmalıyıq”. Əmək bazarında belə ixtisaslara tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri Şərq, Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzəlikcə texnologiya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi”.
Bəzi ixtisasların plan yerini azaltmaq lazımdır
E.Əfəndi qeyd edib ki, tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur və həmin ixtisaslarla bağlı plan yerlərini yenidən nəzərdən keçirmək lazımdır: “Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”.
Qarabağ Universitetində bu ixtisaslar olarsa...
Ekspert Qarabağ Universitetinə qəbul planı və oradakı ixtisasla bağlı bəzi məqamları diqqətə çatdırdı: “Məlumdur ki, Qarabağ Universitetinə qəbul planı təsdiqlənib. Universitetdə qəbul həyata keçiriləcək ixtisaslar da açıqlanıb. Burada ped?qoji, iqtisadiyyat, humanitar, sosial, mühəndislik, incəsənət, turizm sahələrinə aid ixtisaslar tədris olunacaq. Müvafiq ixtisas qruplarının hər biri üzrə qəbul aparılacaq. Gələcəkdə müəyyən ixtisasların, xüsusən də tibb ixtisaslarının əlavə olunmasına ehtiyac var. Hazırda dördüncü ixtisas qrupundan yalnız psixologiya ixtisası yer alır. Halbuki gələcəkdə burada biotexnologiya ixtisası da açılmalıdır. Çünki o ərazilərdə yaşayan vətəndaşların həmin universitetdə təhsil almaq istəyi var. Qarabağ Universitetində çox sayda ixtisas olarsa, yaxın ərazilərdə yaşayan vətəndaşlar da məhz orada təhsil almaqda maraqlı olacaqlar. İnformasiya təhlükəsizliyi ixtisasının olması da vacibdir. Eyni zamanda ikinci ixtisas qrupunda beynəlxalq ticarət, logistika, marketinq və turizm ixtisasları var. Bununla yanaşı tarix və coğrafiya müəllimliyi ixtisaslarının olması da lazımdır. Əlavə ixtisasların açılmağının isə bir o qədər tərəfdarı deyiləm”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

