Metroda sıxlıq...
12.10.2024 [08:57]
Qatarlar arasındakı dəqiqə intervalı çoxdur
Çıxış yolu nədir?
Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də metro ictimai nəqliyyat vasitəsi kimi mühüm rola malikdir. Etiraf edək ki, əslində, sərnişinlərin bu nəqliyyat vasitəsinə üstünlük verməsinin başlıca səbəbi tıxac və sıxlıq kimi problemlərlə üzləşməyib, mənzil başına daha tez çatmaq istəyidir. Bu baxımdan digər nəqliyyat vasitələrindən fərqli olaraq, metroda ləngimələrlə bağlı problem olmamalı və sərnişinlərin daha əlverişli gedişi təmin edilməlidir.
Son zamanlar isə bunun əksini müşahidə edirik. Metroda ləngimələr, dayanmalar, səbəbsiz fasilələr, sıxlıq, qatarlar arasında dəqiqə intervalının çox olması mütəmadi hal alıb. Məlumdur ki, yay aylarında qatarların dəqiqə interval, artırılır. Bunun səbəbi isə əhalinin, xüsusilə, tələbələrin metrodan daha az istifadə etməsidir.
Xatırladaq ki, sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkətinin payız-qış mövsümünün tələblərinə uyğun qurulacağı ilə müvafiq sənəd imzalanmışdı. Belə ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bununla bağlı müvafiq Əmr imzalayıb. Əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib. Bildirilmişdi ki, yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.
Lakin metrodan istifadə edən vətəndaşlar arasında narazılıqlar bitmir. Sərnişinlər dərslərin başlamasına baxmayaraq, yenə də qatarların dəqiqə intervalının çox olduğunu bildirirlər.
Ən minimal intervallar tətbiq olunur
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni dərs ili ərəfəsində elan edildiyi kimi, Bakı metropolitenində iş günləri ərzində texniki cəhətdən mümkün olan ən minimal intervallar tətbiq olunur. Onun sözlərinə görə, interval 28 Maydan Həzi Aslanov stansiyasına qədər olan sahə üzrə iki dəqiqədir: “İki xətt-yaşıl və qırmızı xətlər 28 May stansiyasında birləşərək Həzi Aslanova qədər bir xətli hərəkəti təşkil edir. Ona görə də 28 Maydan İçərişəhərə və 28 Maydan Dərnəgül istiqamətində bu intervalın tətbiqi məhz texniki cəhətdən metropolitenin quruluşuna görə mümkün deyil. Bakı metropoliteninin prinsiplərinə görə, hər bir xəttin özünün hərəkət qrafiki, elektrik deposu və müstəqil fəaliyyət göstərən infrastruktur sistemi olmalıdır”.
Qatar sayı çoxalsa da, interval azala bilməz...
B.Məmmədov qeyd edib ki, problemi aradan qaldırmaq üçün yalnız Bakı şəhərinin Baş Planı üzrə təsdiq olunan prioritet vəzifə kimi xətlərin ayrılması həyata keçirilməlidir: “İntervalların aşağı salınmasının texniki cəhətdən mümkün olmasını qeyd edərkən, burada qatarların sayı nəzərdə tutulmur. Çünki hazırda Bakı metropolitenində 60 qatar var. Yaxın günlərdə 7 yeni qatar gətirildiyi üçün həmin 60 qatarın sazlanması üzrə işlər tamamlandıqdan sonra xəttə buraxıldıqda 67 qatar olacaq. Ancaq, bu, yenə də intervallara təsir etməyəcək. Hətta qatarların sayı 67-dən çox olsa da, metropolitenin infrastrukturuna görə intervalların aşağı salınması qeyri-mümkündür”.
Gecikmələrin səbəbi nədir?
B.Məmmədovun sözlərinə görə, qatarların normasında olan intervaldan fərqli olaraq, daha gec gəlməsinin əsas səbəbi sərnişin sıxlığı, qatarların vətəndaşlar tərəfindən saxlanması ilə əlaqədardır: “Təbii ki, hər bir sərnişini anlayışla qarşılayırıq. Amma qapıların saxlanması ilə gecikmənin yaranmasında əsas faktor saniyələrdir. Yəni Bakı metropoliteni üçün saniyələrin xüsusi bir rolu var. Bir stansiyada qatarın 1 neçə saniyə yubanması kifayət edir ki, bu, zəncirvari formada digər stansiyalardakı xətlərə, əsasən də yaşıl və qırmızı xətlərə təsir göstərsin. Bakı metropoliteni mümkün qədər bütün imkanlardan, mövcud texnikalardan istifadə edərək, problemin qarşısını almağa çalışır”.
Metropoliten bütün imkanlarını səfərbər edir
Qurum rəsmisinin sözlərinə görə, yeni tədris mövsümünün əvvəli ilə müqayisə etsək, bu gün vəziyyəti daha normallaşmış hesab etmək olar: “Texniki nazasazlıq baş verərsə, Bakı metropoliteni ictimaiyyətin hər hansı bir formada məlumatlanmasından asılı olmayaraq, dərhal özü məlumatları yayır və bununla bağlı media imkanlarından istifadə edir. Metrodakı sıxlığı aradan qaldırmaq üçün çıxış yolları ilə bağlı texniki və insan resurslarından istifadə olunur. Metropoliten sıx stansiyalarda mütləq əlavə işçi qüvvəsi ayırmaqla qapıların tutulub saxlanması, sərnişinlərin minib-düşmə intensivliyinin təmin edilməsi, platforma boyunca sərnişinlərin bərabər paylanması, onların axın istiqaməti üzrə daha intensiv hərəkət etməsi üçün lazım olan tədbirləri görür. Aparılan müşahidələr əsasında sərnişinlərin öz səmtini rahat müəyyən etməsi üzrə metro işçiləri rol oynayırlar. Eyni zamanda səhər gur saatlarda texniki imkanların son həddi tətbiq edildiyi üçün ehtiyat qatardan istifadə edilməsi qeyri-mümkün olur. Bu səbəbdən qatarların manevrindən istifadə edilir. Günorta birinci dərs növbəsi başa çatdıqdan sonra və ikinci dərs növbəsinin başlaması ərəfəsində metropolitenin bir neçə stansiyasında yenə sıxlıq olur. Artıq həmin zaman stansiyalar üzrə sıxlığın tam dəqiqəsi hesablanmaqla ehtiyat qatarlar xəttə buraxılır. Bu proses hər gün dəqiqə və saat hesablanması üzrə aparılır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09
Hadisə
12 Yanvar 11:09
Dünya
12 Yanvar 10:41
MEDİA
12 Yanvar 10:29
Dünya
12 Yanvar 10:17
Dünya
12 Yanvar 09:45
Dünya
12 Yanvar 09:21
Dünya
12 Yanvar 08:50
Dünya
12 Yanvar 08:39
Sosial
12 Yanvar 07:51
İdman
11 Yanvar 23:17
Sosial
11 Yanvar 22:31
Sosial
11 Yanvar 21:25
İdman
11 Yanvar 20:49
Dünya
11 Yanvar 20:44
Dünya
11 Yanvar 19:13
Dünya
11 Yanvar 19:07

