Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar
17.01.2025 [19:32]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri dini sahəyə göstərilən qayğıya, maddi-mənəvi dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.
Dövlətimizin başçısına ünvanlanan məktublarda Azərbaycan Prezidentinin rəhbərliyi ilə dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətindəki səmərəli fəaliyyət, milli və qlobal müstəvidə həyata keçirilən layihələr təqdir edilir. Prezident tərəfindən Azərbaycandakı dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində atılan əməli addımlar, dini konfessiyalara göstərilən diqqət və dəstəyin unikallığı vurğulanır.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev məktubunda hər il müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən yəhudi dini qurumlarına ayrılan maliyyə yardımının əhəmiyyətinə toxunaraq, ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətindəki işlərə görə dövlət başçısına təşəkkürünü bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək yəhudilərin Azərbaycanda təhlükəsiz və tolerant mühitdə yaşadığını vurğulayıb.
Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan bütün yəhudilərin dini tələbatlarını yüksək səviyyədə həyata keçirdiklərini, dövlətin böyük diqqətini, qayğı və himayəsini hiss etdiklərini qeyd edib.
Ayrılan maliyyə yardımının protestant icmasının fəaliyyətinə töhfə olduğunu yazan Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov məktubunda ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini tolerantlıq mühitinin dünyada ən yaxşı nümunələrdən biri olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin xalqın milli-mənəvi dəyərlərinə göstərdiyi yüksək münasibət baxımından regionun lider dövləti olduğunu bildirərək Prezidentə alban irsinin inkişafına təkan olacaq dəstəyə görə minnətdarlığını ifadə edib.
“Vineyard Azərbaycan” Xristian dini icmasının sədri Emil Pənahov, Bakı şəhəri Alov Xristian dini icmasının sədri İdris Məmmədov, Bakı Krişna Şüuru dini icmasının rəhbəri Mahir Əhmədov, “Həyatverici Lütf” xristian dini icmasının rəhbəri Elşən Hüseynzadə, “Həyat sözü” Xristian dini icmasının rəhbəri Yusif Fərhadov, İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının rəhbəri Sergey Vasilyeviç Kazakov, “Şərqdə Ulduz” Xristian dini icmasının sədri Oleq Dolivets, “Yeni Həyat” Xristian incil dini icmasının rəhbəri Lyudmila İbrahimova, Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili, Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Temuri Barixaşvili, Sumqayıt şəhəri Alov-Xristian dini icmasının sədri Murad İslamov, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri İsaqov Pisax, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri Mahir Verdiyev, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmasının sədri Yusif Şərifov və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova tərəfindən dövlətimizin başçısına ünvanlanan təşəkkür məktublarında maliyyə yardımının yalnız icmalar üçün deyil, həm də cəmiyyətimizdə birlik və həmrəylik prinsiplərinin möhkəmləndirilməsi baxımından qiymətli olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

