Cəbrayıla 12-ci köç!
20.02.2025 [09:15]
Sakinlərin sayı 2037 oldu...
Hər keçən gün keçmiş məcburi köçkünlərimizin vətən həsrəti sona çatır. Bir zamanlar doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımız hissə-hissə dədə-baba torpaqlarına qayıdırlar. “Böyük Qayıdış” planı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlənir. Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan şəhərlərimizdən biri də Cəbrayıldır.
13,928 milyard ABŞ dolları həcmində ziyan
Dörd il bundan əvvəl 27 il işğalda olan Cəbrayıl şəhəri azadlığına qovuşdu. Xatırladaq ki, Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdi. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçmək isə mümkün deyil... Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdı. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayılda mədəniyyət, elm-təhsil, maarif mühiti kifayət qədər zəngin idi. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 mindən çox eksponat olub.
Qeyd edək ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi 8-ci əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhər də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 hektar, əhalinin sayı 5200 nəfər idi.
Cəbrayıl yeni dövrünü yaşıyır...
Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Ordumuz tərəfindən azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işıqlı həyata başlanılıb. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülüb və bu işlər yenə də sürətlə davam etməkdədir.
Cəbrayıla qayıdışın tarixləri...
Xatırladaq ki, Cəbrayıl şəhərinə ilk köç prosesi 26 sentyabr 2024-cü il tarixində gerçəkləşmişdi. Bu mərhələdə 36 ailə olmaqla, 117 nəfər doğma torpağına qovuşdu. Cəbrayıla 2-ci köç sentyabrın 28-i (41 ailə, 124 nəfər), 3-cü köç sentyabrın 30-u (40 ailə, 123 nəfər), 4-cü köç noyabrın 7-i (30 ailə, 150 nəfər), 5-ci köç noyabrın 29-u (40 ailə, 200 nəfər), 6-cı köç dekabrın 2-si (34 ailə, 129 nəfər), 7-ci köç 25 dekabr 2024-cü il (49 ailə 253 nəfər), 8-ci köç 13 yanvar 2025-ci il (39 ailə, 165 nəfər), 9-cu köç 16 yanvar 2025-ci il (32 ailə, 153 nəfər), 10-cu köç 18 yanvar 2025-ci il (42 ailə, 206 nəfər), 11-ci köç isə 17 fevral 2025-ci il (42 ailə, 205 nəfər) tarixlərində baş tutub.
Daha 37 ailə yola salındı
Ötən gün isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Cəbrayıl şəhərinə növbəti -12-ci köç karvanı yola salınıb. Bu dəfə Cəbrayıla 37 ailə (212 nəfər) köçürülüb.
Beləliklə, Cəbrayıl şəhərinə köçürülən ailələrin ümumi sayı 462-yə (2037 nəfər) çatıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02
Sosial
15 Dekabr 15:43
Gündəm
15 Dekabr 15:41
Gündəm
15 Dekabr 15:34
Gündəm
15 Dekabr 15:32
Siyasət
15 Dekabr 15:28
Siyasət
15 Dekabr 14:37

