Dünya şöhrətli alim
26.04.2025 [12:30]
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur
Hər bir xalqın özünəməxsus ənənələri, fərqli həyat tərzi, identik milli xüsusiyyətləri var. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın timsalında biz Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Onun mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan elminin və xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün sanballı töhfələrini verən Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur.
Zərifə xanım Əliyeva səmərəli fəaliyyəti, fundamental axtarışları və əldə etdiyi nəticələri ilə Azərbaycan tibb elminə dünya şöhrəti qazandıran alimdir. Həkim olmağa qərar verən gənc Zərifə Əliyeva həyatını çətin və az öyrənilən sahəyə həsr edib. O dövrdə geniş yayılan traxoma infeksion xəstəliyi ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olub. Gənc alimin həyatında 1968-ci ildən etibarən yeni bir səhifə də açılıb - o, peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olmağa başlayıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, Zərifə xanım Əliyeva praktikadan nəzəriyyəyə keçid edib. Onu tez-tez müxtəlif təyinatlı istehsalatlarda görmək olardı. O, bir tərəfdən fabrik və zavodlarda çalışan sadə peşə sahiblərinin qayğısına qalır, eyni zamanda özünün müşahidələrini aparırdı. Buna görə də onun araşdırmaları kifayət qədər uğurlu alınıb. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.
Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib.
O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutlardır.
Zərifə xanım Əliyevanın daha bir böyük məsuliyyəti respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı olmasında idi. Onlar bir-birinə dərin hörmət və sevgi əsasında ailə həyatı qurmuşdular. Xoşbəxtlik hakim kəsilən bu ailədə əsas yük, təbii ki, Zərifə xanımın üzərinə düşürdü. Lakin o, bu yükü çəkməkdən usanmırdı. İşin, elmi axtarışların həyəcanı, yorğunluğu ailədə əsla hiss olunmurdu. Övladları - Sevil və İlham Əliyevlər hər addımda Zərifə xanımdan qayğı görür, ondan gözəl tərbiyə, milli ruh alırdılar. Azərbaycana qələbələr qazandıran Prezident İlham Əliyevin milli təəssübkeşliyinin, vətənpərvərliyinin, sözün əsl mənasında azərbaycançı olmasının təməlində də məhz Heydər Əliyev - Zərifə Əliyevanın Ona ötürdükləri dəyərlər dayanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

