Nəqliyyatda dayanıqlı xidmət və təhlükəsizlik naminə
23.09.2025 [10:13]
Ödənişli hərəkət zonalarının yaradılması sərnişindaşımada ekoloji təmiz nəqliyyat parkının güclənməsinə səbəb olacaq
Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman sərnişindaşıma və şəhər nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm yenilikləri özündə əks etdirir. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq.
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyə mənbələri
Növbəti ilin əvvəlindən fəaliyyətə başlayacaq fond 2 mənbədən formalaşmaqla şəhər nəqliyyatında tələb olan zəruri ehtiyacları təmin edəcək. Birinci mənbə avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi fondun portfelində yer alacaq. Ölkəmizdə avtomobil nəqliyyatı vasitələri hər il yol vergisi ödəyir ki, həmin pular məqsədli büdcədənkənar fondda cəmləşir. Yeniliyə əsasən, həmin vergilər həm də “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna köçürüləcək.
Fondun digər maliyyə mənbəyi nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqdan formalaşacaq. Bu o deməkdir ki, Nazirlər Kabineti və müvafiq dövlət qurumları, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yerüstü Nəqliyyat Agentliyi paytaxtın mərkəzi hərəkət zolaqlarında ödənişli zonaların sərhəd və cizgilərini müəyyənləşdirəcək. Qarşıdakı üç ay ərzində Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği də müəyyənləşəcək. Həmçinin həmin yollara giriş və çıxış xətləri, ödəmənin növləri və digər məsələləri həll edəcək.
Ekoloji təmiz nəqliyyat vasitələri subsidiya əldə edəcək
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsaitlərinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Yerüstü Nəqliyyat Agentliyi isə 2026-cı il yanvarın 1-dək inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla marşrutların cədvəlini hazırlayacaq. Agentliyin müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərcləri kompensasiya olunacaq. Subsidiyalaşma adlanan bu mexanizm əsasında nəqliyyat daşıyıcılarının ehtiyacları təmin ediləcək.
Subsidiyalar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində ekoloji baxımdan müasir tələb və normalara cavab verən, ödəmə kartları və ya nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara veriləcək. Sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar, elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar və ya elektromobillər subsidiyadan faydalansa da, digər nəqliyyat vasitələri, yəni dizel, benzin, həmçinin istismar müddəti köhnəlmiş avtobuslar fondun maliyyə portfelindən dəstək ala bilməyəcək. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar da subsidiyalaşma bankına daxil olacaq.
“Yaşıl nəqliyyat” modelinə keçid
Qeyd edək ki, nəqliyyat sektorunda tətbiq edilən bu yenilik uzun illərdir müzakirə olunan, böyük şəhərlərin təcrübəsində özünü doğrultmuş nəqliyyat idarəetmə modelinin Azərbaycanda tətbiqini nəzərdə tutur. Əsas məqsəd paytaxtın sıx küçə və prospektlərində tıxacların qarşısını almaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasıdır. Hazırda təkcə Bakı şəhərində 4000-ə yaxın avtobus sərnişindaşıma işinə cəlb olunsa da, onların yarısından çoxu dizellə işləyir, əsasən də Bakıətrafı ərazilərə və kəndlərə işləyən marşrutların nəqliyyat parkı köhnədir. Bu isə o deməkdir ki, şəhər nəqliyyatında minlərlə avtobus subsidiya ala bilməyəcək. Hökumətin məqsədi də məhz şəhər nəqliyyatında daha müasir və ekoloji baxımdan müasir tələblərə cavab verən nəqliyyat arxitekturasının qurulmasından ibarətdir. Çünki köhnə avtobuslar sərnişindaşımada həm keyfiyyətli xidməti təmin edə bilmir, həm sərnişinlərin həyatı üçün təhlükə törədir, həm də şəhərdə ka?bon emissiyasını artırır. Azərbaycan iqlim öhdəliklərini üzərinə götürmüş ölkə kimi karbon dioksidin azaldılmasını hədəfləyir və şəhərin sənaye, tikinti, nəqliyyat və digər bölmələrində ətraf mühiti çirkləndirən amillərin qarşısını almağa çalışır. Bu baxımdan şəhərə ən çox zərər verən yararsız və istismar müddəti bitmiş avtobusların tədricən hərəkət xəttindən çıxarılması aktual çağırışlardandır. Dövlət başçısının müvafiq fərmanı da həmin hədəf prinsiplərinə çatmaq üçün kompleks tədbirlər planının tərkib hissəsidir. Bu tənzimləmə üsulu şəhərin ekologiyasına da müsbət təsir göstərəcək, şəxsi avtomobillərdən istifadənin azalması nəticəsində havaya atılan zərərli tullantıların miqdarı da aşağı düşəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

