İşğaldan azad olunan ilk şəhər
04.10.2025 [12:16]
4 oktyabr Cəbrayıl Şəhəri Günüdür
Tarixin bu günündə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalçılarından azad edilib. İndi həmin tarix bayrama çevrilib. Bu gün Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
İlk Qələbə tvitləri
Müharibə ölüm-itim, qan, kədər deməkdir. Ancaq Azərbaycan xalqı İkinci Qarabağ müharibəsini tamam fərqli yanaşma və ovqatla qarşılamışdı. Biz dünyada bəlkə də, yeganə xalqıq ki, 2020-ci il sentyabrın 27-də ölkəmizdə müharibənin başlamasından məyusluq hissi keçirmədik, əksinə, buna sevindik. Nə idi bunun sirri? Yox, Azərbaycan xalqı genetik olaraq qətiyyən müharibələrə meyilli bir xalq deyil. Biz Vətənimizdə və dünyada əbədi sülh olmasını, insanların hər yerdə əmin-amanlıq içində yaşamasını istəyirik. İkinci Qarabağ müharibəsinin başlamasına sevinməyimiz isə 30 il işğal altında qalan torpaqlarımıza bağlılıqdan və həsrətdən, ərazi büt?vlüyümüzün təmin olunacağına inamdan qaynaqlanırdı. Bizim müharibəmiz işğalçılıq müharibəsi yox, ədalətli müharibə idi. Biz əcdadlarımızın ruhları narahat dolaşan torpaqlarımıza qovuşmalı idik.
Bu hisslər də Orduya və xalqa güc verdi, həmrəy olduq, yumruq kimi birləşdik və zəfərlərimizə doğru irəlilədik. Müharibənin başlamasından cəmi bir neçə gün sonra Prezident, Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında ilk Qələbə tvitlərini paylaşdı. 3 oktyabr 2020-ci il tarixli tvit Madagizin işğaldan azad olunması ilə bağlı idi. Tvitdə yazılmışdi: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırıldı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Bunun ardınca dövlətimizin başçısı daha bir tvit paylaşdı. “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”, - deyə həmin paylaşımda bildirilirdi. Eybəcər “Madagiz” adının tarixi toponimlə - “Suqovuşan”la əvəzlənməsi həm də rəmzi anlamda qəbul olunur. Otuz il ərzində həsrət qaldığımız Qarabağımıza qovuşmağımız bu tvitlə başladı. Növbəti gün Cəbrayıl, daha sonra isə digər şəhər və kəndlərimiz işğaldan azad olunacaqdı ...
Qisas qiyamətə qalmadı
Bəli, növbəti gün - 4 oktyabr 2020-ci il tarixində Prezident, Ali Baş Komandan İlham Əliyev Özünün növbəti müjdə tvitlərindən birini paylaşdı. Paylaşım Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı idi. “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə dövlətimizin başçısı paylaşımında bildirirdi.
Eyni zamanda, Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət ünvanladı. Cəbrayıl işğaldan azad olunan ilk şəhərimiz idi. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub.
Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum həyata keçirmək mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Erməni vandalizminin kədərli izləri
Erməni vandalizminin miqyasını həmçinin Cəbrayılın timsalında aydın şəkildə görmək mümkündür. 1930-cu ilin avqustunda yaradılan Cəbrayıl rayonu 23 avqust 1993 - cü ildə erməni hərbi birləşmələri tərəfindən zəbt edilib. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib.
İşğala qədər Cəbrayıl da respublikamızın digər guşələri kimi, inkişaf edir, çiçəklənir, insanlar min bir arzu ilə həyatlarını qururdular. Ermənistanın işğalı bütün bunlara son qoydu.
Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələr vandalizmə məruz qalıb.
İşğalın ən ağır fəsadları isə bilavasitə insanların həyatında yaşanıb. Cəbrayıl rayon sakinlərindən 400-ə yaxını şəhidlik zirvəsinə yüksəlib. Qanlı-qadalı döyüşlər nəticəsində rayon üzrə 8 uşaq müharibədə hər iki, 207 uşaq isə valideynlərdən birini itirib. Doğma torpaqların müdafiəsində qəhrəmanlıq göstərmiş 6 nəfər rayon sakini Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində 52604 (hazırda bu rəqəm 80 mini ötüb) Cəbrayıl rayon sakini ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdı.
Tarixi Zəfərimizdən sonra Cəbrayıla tarixi səfər
44 günlük müharibə başa çatdıqdan cəmi 6 gün sonra - 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonuna tarixi səfərə gediblər. Dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Bundan sonra Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən də Cəbrayıla səfərləri müntəzəm hal alıb.
Postmüharibə dövründə işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Bütövlükdə, postmüharibə dövründə burada da tez-tez açılış və təməlqoyma tədbirləri baş tutur.
Artıq Cəbrayılın məskunlaşdırılmasına da start verilib. Bura ilk köç ötən ilin sentyabr ayında baş tutub. İlkin olaraq Cəbrayıla 36 ailə - 117 nəfər köçürülüb. Bundan sonra doğma torpaqlara cəbrayıllıların daha bir neçə köçü reallaşıb. 2021-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib. 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
04 Oktyabr 16:11

YAP xəbərləri
04 Oktyabr 16:05

YAP xəbərləri
04 Oktyabr 16:03

YAP xəbərləri
04 Oktyabr 15:58

YAP xəbərləri
04 Oktyabr 15:23

YAP xəbərləri
04 Oktyabr 15:11

YAP xəbərləri
04 Oktyabr 14:30

YAP xəbərləri
04 Oktyabr 14:19

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 13:48

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:14

YAP xəbərləri
04 Oktyabr 13:08
YAP xəbərləri
04 Oktyabr 13:06

YAP xəbərləri
04 Oktyabr 13:04

YAP xəbərləri
04 Oktyabr 13:01

YAP xəbərləri
04 Oktyabr 12:55

YAP xəbərləri
04 Oktyabr 12:44

Gündəm
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:36

YAP xəbərləri
04 Oktyabr 12:34

YAP xəbərləri
04 Oktyabr 12:27

YAP xəbərləri
04 Oktyabr 12:26

Sosial
04 Oktyabr 12:16

YAP xəbərləri
04 Oktyabr 11:44

Ədəbiyyat
04 Oktyabr 11:43

Sosial
04 Oktyabr 11:32

YAP xəbərləri
04 Oktyabr 11:26

YAP xəbərləri
04 Oktyabr 11:23

Elm
04 Oktyabr 11:16

Siyasət
04 Oktyabr 10:51

Siyasət
04 Oktyabr 10:18

Analitik
04 Oktyabr 09:47

MEDİA
04 Oktyabr 09:21

Ədəbiyyat
04 Oktyabr 08:49

Analitik
04 Oktyabr 08:14

YAP xəbərləri
03 Oktyabr 23:44

Dünya
03 Oktyabr 22:30

Dünya
03 Oktyabr 21:28

YAP xəbərləri
03 Oktyabr 20:56

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08

YAP xəbərləri
03 Oktyabr 16:08

Hadisə
03 Oktyabr 15:59

Dünya
03 Oktyabr 15:53

YAP xəbərləri
03 Oktyabr 15:42

Dünya
03 Oktyabr 15:22

Dünya
03 Oktyabr 14:46

Dünya
03 Oktyabr 14:30

YAP xəbərləri
03 Oktyabr 14:14

YAP xəbərləri
03 Oktyabr 14:08

YAP xəbərləri
03 Oktyabr 13:47
