Düşünən beynin qidası...
14.02.2026 [09:14]
Kitab paylaşdıqca fayda verir...
İnsan həyatında elə dəyərlər var ki, zaman keçdikcə onların əhəmiyyəti daha da artır. Kitab da məhz həmin dəyərlərdən biridir. Texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələr içində yayıldığı bir dövrdə kitab bəzən kölgədə qalsa da, onun insan düşüncəsinə, mənəviyyatına və dünyagörüşünə təsiri dəyişməz olaraq qalır.
Kitablar bəzən hisslərimizi ifadə etmək üçün mühüm vasitə rolunu oynayır. Kitab oxumaq qətiyyət, səbr və öyrənmək istəyinin əlamətidir. Kitab oxumaq həm bir şəxs, həm də bir millət üçün nicat əlamətidir. Kitab insanlara danışmağı, yazmağı, həyatı, insanlığı öyrədir.
Kitab üçün buna bənzəyən çoxsaylı ifadələr işlədə bilərik. Çünki kitab həyatımızda xüsusi yeri olan və bizə nə isə izah etməyə həsr olunmuş bir nemətdir. Bəzi insanlar bundan sui-istifadə edirlər. Məsələn, bəzi hallarda hansısa dini və inancları ləkələmək üçün kitabdan istifadə olunur. Maraqlısı odur ki, həmin insanları da kitablar vasitəsilə doğru yola çəkmək mümkündür.
Kitab ianələri...
Belə bir ifadə var ki, hər insan kitab yaza bilməz, amma hər kəs kitab oxuya bilər. Bu mənada kitablar hər kəsin düşüncəsinə, zövqünə xitab edir. Kitab elə bir məfhumdur ki, paylaşdıqca insanlara daha çox fayda verir. Buna görə də, kitab ianələri çox vacibdir. Çünki hər kəsin kitab almağa büdcəsi olmaya bilər. Ona görə də oxuduğunuz kitabları çox insan oxusun deyə paylaşın...
Yeri gəlmişkən, 14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün hər kəs oxumaqdan zövq aldığı kitabları bağışlamaqla başqalarının faydalanmasına kömək edə bilər. Bəzi yeni və ya səliqəli istifadə olunmuş kitablar yerli kitabxanalara, yerli məktəbə, vətəndaş cəmiyyətlərinə və ya yerli quruma bağışlana bilər.
Bu gün həm də oxumaq sevgisini yaymaq üçün bir fürsətdir. Bütün dünyada kitabların bağışlanması savadlılığı dəstəkləyə və oxumağa təşviq edə bilər.
Kitab oxumağın faydaları
Kitab oxumaq diqqəti və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir, təxəyyülü artırır, stresi azaldır, yaddaş gücünü yaxşılaşdırır. Kitab həm də oxumağa həvəsi olan insanlar üçün ən yaxşı hədiyyədir. Kitabların qiyməti də sərfəlidir və diqqətinizi problemlərdən yayındırır, bəzən sizi həyəcanlandırır, dünya haqqında öyrədir və geniş baxış bucağına sahib olmağa kömək edir.
Beynəlxalq Kitab Bağışlama Gününün mənşəyi haqqında dəqiq məlumat yoxdur. Ancaq ehtiyacı olan uşaqlar üçün kitab və ya pul bağışlamağın vacibliyinə görə bu günü qeyd etmək vacibdir. Bu günün yaradılmasında əsas məqsəd uşaqları kitab oxumaq vərdişinə yiyələndirməkdir. Bu mənada Kitab Bağışlama Günü bir çox uşaq üçün bu vərdişi əldə etmək şansı verə bilər. Beynəlxalq Kitab Bağışlama Gününün əhatə dairəsi genişlənməkdə davam edir. Artıq bu gün Avstraliya, Kanada, Cənubi Afrika və bir çox ölkələrdə qeyd olunur.
Necə qeyd etmək lazımdır?
Ancaq çox təəssüf ki, bir çox ölkələrdə, hətta nə qədər təəccüblü olsa da, inkişaf etmiş ölkələrdə də kitab çatışmazlığı problem olaraq qalır. Məsələn, İngiltərədə uşaqların üçdə birində kitab yoxdur. ABŞ-da yoxsulluq içində yaşayan uşaqların üçdə ikisinin kitabı yoxdur. Bu mənada, Beynəlxalq Kitab Bağışlama Günü uşaqların kitablara əlçatanlığını və həvəsini artırmaq məqsədi daşıyan könüllü təşəbbüsdür.
Bu baxımdan bütün dünyada insanlar öz icmalarında ehtiyacı olan uşaqlara kömək etməyin ən yaxşı yollarını nəzərdən keçirir - kitablarin bağışlanmasının vacibliyi haqqında maarifləndirmək üçün sosial şəbəkələrdə fotoşəkillər və fikirlər paylaşılır.
Qeyd edək ki, bayram əsasən İngiltərədə qeyd olunsa da, dünyanın hər yerindən kitabsevərlər hər il bu bayramlara qatılırlar və bir-birlərinə, qurumlara kitab bağışlayaraq bu günü xoş ovqatla keçirirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35
Siyasət
07 Mart 18:28
Siyasət
07 Mart 17:55
Dünya
07 Mart 17:28
Siyasət
07 Mart 16:55
Siyasət
07 Mart 16:46
Dünya
07 Mart 15:38
Hadisə
07 Mart 14:24
Dünya
07 Mart 13:53
YAP xəbərləri
07 Mart 13:32
Dünya
07 Mart 12:42
YAP xəbərləri
07 Mart 12:29
Siyasət
07 Mart 11:53
Siyasət
07 Mart 11:52
Siyasət
07 Mart 11:50
Gündəm
07 Mart 11:40
YAP xəbərləri
07 Mart 11:16
Gündəm
07 Mart 11:13
Gündəm
07 Mart 10:59
Siyasət
07 Mart 10:46
Mədəniyyət
07 Mart 10:35
Gündəm
07 Mart 10:16
İqtisadiyyat
07 Mart 09:53
Siyasət
07 Mart 09:31
Analitik
07 Mart 09:18
Ədəbiyyat
07 Mart 08:54
Ədəbiyyat
07 Mart 08:39
Diaspor
06 Mart 23:30
Sosial
06 Mart 22:56
İdman
06 Mart 22:46
MEDİA
06 Mart 22:37
Siyasət
06 Mart 22:34

