Multikultural cəmiyyətin gücü...
21.05.2026 [08:31]
Mədəni müxtəliflik hər ölkənin zənginliyidir!
Dövlətləri bir-birindən ayıran əsas amillər siyasi struktur, coğrafi yerləşmə, tarix, adət-ənənələr, din və dildir. Bütün bu faktorlar bir araya gələrək hər bir dövlətin özünəməxsus identifikasiyasını və fərqliliyini müəyyənləşdirir, həmçinin cəmiyyətlərin çoxşaxəli və mürəkkəb quruluşunu ortaya qoyur. Belə xüsusiyyətlərin nəticəsi olaraq formalaşan çoxmədəniyyətli cəmiyyətlər həm zəngin mədəni irsi, həm fərqli dünyagörüşlərini bir araya gətirir.
Tolerantlıq sadəcə başqa mədəniyyətlərin qəbulu deyil
Multikultural cəmiyyətin, mühitin əsas dayaqlarından biri də fərqli mədəniyyətlərin bir-birinə qarşı tolerant münasibətidir. Lakin bir şeyi dəqiq bilməliyik ki, tolerantlıq sadəcə başqasının və ya başqa mədəniyyətin kor-koranə şəkildə qəbulu deyil. Tolerantlıq müxtəlif mədəniyyətlərin öyrənilməsi, onunla mübadilə aparılması və qavranılmasıdır. Haqqında böyük ümidlərlə danışdığımız qloballaşmanın bütün dünyanı əhatə etməsi müxtəlif və fərqli mədəniyyətlərin bir-birini qavramasından irəli gəlir.
“Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannamə
Etiraf edək ki, hazırda dünya mədəniyyətini müxtəlif amillər təhdid edir. Bir halda milli özünəməxsusluğun həddinən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir. Üçüncü halda isə praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə yox olur.
Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsinin qəbul olunmasını zəruri edib. Bundan başqa, hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.
Dünyada vəziyyət...
ABŞ geniş mədəni müxtəlifliliyinə görə tanınır. Dünyanın hər yerindən insanlar buraya öz adət və ənənələrini gətirərək köçüblər. Bu müxtəliflik mətbəxdə, festivallarda və ölkədə danışılan dillərdə özünü göstərir.
Hindistanda 2000-dən çox fərqli etnik qrup var. İsveçdə isə son illər mədəni müxtəliflik daha çox inkişaf edib. Ölkə bərabərlik və tolerantlığa önəm verməsi ilə tanınır.
Braziliyada yerli, Afrika, Avropa və Asiya təsirlərini birləşdirən mədəniyyətlər üstünlük təşkil edir. Bu müxtəliflik onun musiqisi, rəqsi və dini təcrübələrində özünü göstərir.
Mədəni müxtəlifliyin Azərbaycan nümunəsi
Müasir dövrdə Azərbaycan cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bu sahədə ölkəmiz böyük nailiyyətlər əldə edib. Əsas göstərici olaraq ölkəmizdə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını qeyd edə bilərik.
Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir. Tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi olması aşkar reallıqdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

