Mətnlər yalan danışa bilmir?
23.05.2026 [08:50]
Lap yaxşı da danışır. Fəqət qırx gün sonra bütün paxırlar açılmağa başlayır...
Və bu “açılma”lar min il də çəkə bilər. Bircə həqiqət var - gec, ya tez, mətn öz nüvəsini partladır. Eynən get-gedə şişən, böyüyən planetlər kimi... Mətnlər də fizikanın qanunları ilə “işləyir”. Ədəbiyyata gəlib çıxanadək onlar kimyadan da “test verir”. Bir sözlə, heç bir mətnin aldatmaq şansı yoxdur. Hara tələsirik ki, biz də Süni İntellektin (Sİ) yaratdığı tər-təzə mətnlərin vaxtını gözlyəcəyik...
Bu həftə İngiltərədə nüfuzlu, ingilisdilli qısa hekayələr müsabiqəsinə yekun vurulub, qalib də müəyyənləşib (Mənbə: The New York Times). Kim (nə) olsa yaxşıdır? Sİ. Belə xəbərləri tez-tez eşidirik, eşidəcəyik. Diqqətçəkən məqam odur ki, bu müsabiqə az qala dünyanın yarısını - Avstraliya və Afrikanı, ingilisdilli ədəbi çevrə birliklərini əhatə edir. Keçmiş koloniyalarda yaşayan müəlliflər öz ana dillərində deyil, imperiyanın dilində hekayələr yazaraq əsərlərini həvəslə müsabiqəyə göndəriblər. Nəticədə isə insan arxa planda qalıb...
Bu cür birlik hekayələri ingilis dilinin ədəbi-bədii ehtiyatlarını qoruyub-yaşatmaq məqsədi daşıyır. Eyni məqsədlərlə Rusiya və Fransada, o cümlədən digər keçmiş imperiya mərkəzlərində də birlik və QHT-lər fəaliyyət göstərir. Məsələ burasındadır ki, Sİ (Süni İntellekt) daha çox “böyük” dilləri istismar edə bilir, onun “işğalçılıq” siyasəti “kiçik”, dillərdən yan keçməyə çalışır. Hələlik. Lakin gələcək illərdə Sİ bütün digər dil və mədəniyyətlərə, adət-ənənələrə əl atacaq. Təxminən, əsl hərşeyşünas olacaq. Bax onda, əsl “ölüm-dirim” savaşı başlayacaq. Əcəba, “kiçik” dillər və mədəniyyətlər özlərini necə aparacaq? Yoxsa heç bir siyahıda adları da çəkilməyəcək, itib-gedəcəklər?
Hər şeyi - kəlamı və kamalı Füzulidən öyrənib yeni mətnlər yaradan şairlər hələ də içimizdədir. Lakin Füzulinin də gedib-çata bilmədiyi dil və məna şifrələri günümüzdə də bağlı qapılar arxasında gözləyir - ya hansısa mətnin partlayış kimyasına dönəcək, ya da sirr qapılarının arxasında ölüb-qalacaq. Amma yerindən çıxdısa, gizlənə bilməyəcək...
Həqiqət varsa, mətn də var. Bəlkə dünyanı “kiçik” dillərin “böyük” mətnləri “xilas” edəcək?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

