Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədən Suriyaya on il ərzində 1,5 milyon qaçqın qayıdıb

Türkiyədən Suriyaya on il ərzində 1,5 milyon qaçqın qayıdıb

09.07.2026 [22:03]

2016-2026-cı illər arasında 1,5 milyon suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bu barədə açıqlama verib.

Nazirin sözlərinə görə, Ankara suriyalıların könüllü, təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmasını dəstəkləyir.

Çiftçi qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən dərhal sonra (8 dekabr 2024-cü il – red.) Türkiyəni 710 min qaçqın tərk edib. “Hər gün orta hesabla 1000 suriyalı vətənlərinə qayıdır. Yay aylarında məktəblərin bağlanması ilə bu proses bir qədər sürətlənə bilər”, - deyə daxili işlər naziri bildirib.

O, 2026-cı ilin iyul ayının əvvəlinə olan məlumata istinadla Türkiyədə 2.254.000 suriyalının qaldığını bildirib. Nazir iki həftə əvvəl Suriyaya səfəri zamanı orada qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizə də daxil olmaqla, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yollarını müzakirə etdiyini xatırladıb.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31