Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

23.08.2026 [14:20]

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri elm və təhsil sahəsində də uğurla inkişaf edir. Qarşılıqlı etimad və əməkdaşlıq mühiti elmi müəssisələr arasında əlaqələrin genişləndirilməsinə, birgə tədqiqatların aparılmasına və təcrübə mübadiləsinə imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva deyib.

Professor bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm dövlətlərarası münasibətlər elmi əməkdaşlığın inkişafı üçün də əlverişli şərait yaradıb. Botanika İnstitutu ilə Özbəkistanın elmi-tədqiqat müəssisələri arasında uzun illərdir davam edən əməkdaşlıq çərçivəsində birgə tədqiqatların, elmi təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlığın gələcəkdə botanika, biomüxtəlifliyin qorunması və bitki ehtiyatlarının öyrənilməsi istiqamətlərində daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Əməkdaşlıq botanika, mikrobiologiya, biomüxtəlifliyin öyrənilməsi, dərman bitkiləri və digər əlaqəli elmi istiqamətləri əhatə edir. Bu çərçivədə birgə tədqiqatların aparılması, elmi məlumat və təcrübə mübadiləsi, gənc alim və doktorantların əməkdaşlığa cəlb olunması, habelə birgə elmi nəşrlərin hazırlanması istiqamətində işlər həyata keçirilir. Əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Botanika İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında 2022–2027-ci illəri əhatə edən anlaşma memorandumu, Özbəkistan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutu ilə 2023–2028-ci illəri əhatə edən anlaşma memorandumu, həmçinin Özbəkistan Respublikasının Dərman Bitkilərinin Yetişdirilməsi və Emalı üzrə Elmi-İstehsalat Mərkəzi ilə 2025–2030-cu illəri əhatə edən anlaşma memorandumu imzalanıb. Bu sənədlər tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi və müştərək tədqiqatların həyata keçirilməsi istiqamətində mütəmadi əməkdaşlıq aparılır. Birgə tədqiqatların təşkili, görüləcək işlərin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran elmi məsələlərin müzakirəsi məqsədilə tərəflər arasında onlayn görüşlər keçirilir.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31