Azərbaycan-Özbəkistan münasibətləri: Humanitar diplomatiyanın möhtəşəm gücü
23.08.2026 [11:17]
İndiki qlobal və regional gərginliklər fonunda xoş mərama əsaslanan Azərbaycan - Özbəkistan əlaqələri müsbət və nadir nümunələrdən biri kimi diqqət çəkir. Iki ölkə arasında geniş əhatə dairəsinə malik olan münasibətlər yüksək dinamika ilə inkişaf edir və müxtəlif platformalarda uzlaşdırılmış fəaliyyətlər hər iki tərəfə böyük fayda gətirir. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də bunu cəmiyyətlər istəyir.
Mədəni-humanitar əlaqələr uğurla inkişaf edir
İkitərəfli əlaqələrin belə nümunəvi qaydada inkişafına isə bir sıra amillər güclü impuls verir. Burada mədəni-humanitar diplomatiyanın rolunu və möhtəşəm gücünü isə ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu məqama xüsusi vurğu edib. Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. “Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İki dost ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin genişlənməsinə aid çoxlu sayda nümunələr sadalamaq mümkündür. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Eyni zamanda, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi dəyərləndirib.
Dost ölkənin dövlət başçısı müraciətində "Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq", - deyə bildirib.
Ötən il iki ölkənin dostluq, qardaşlıq tarixində daha bir səhifə açıldı. Söhbət dövlət başçılarının birgə iştirakı ilə Bakının mərkəzində “Özbəkistan” parkının təməlinin qoyulmasından gedir. “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq. Paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Şübhə yoxdur ki, bu parkın salınması ilə xalqların mədəni əlaqələri daha da möhkəmlənəcək.
Zamanında Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. Buna görə də hazırda qardaş ölkədə böyük siyasətçi, bütün türk dünyasının qürur mənbəyi Heydər Əliyevin əziz xatirəsi dərin minnətdarlıq hissi ilə xatırlanır. Bunun təxahürü olaraq Özbəkistanda Heydər Əliyev mərkəzi yaradılıb. Mərkəzin təntənəli açılışı 2012-ci il mayın 10-da - Ulu Öndər anadan olduğu gündə baş tutub. Mərkəzin fəaliyyət istiqaməti Azərbaycan mədəniyyətinin, tarixinin, dilinin və irsinin Özbəkistanda təbliğidir. Bundan başqa, 2022-ci il 21iyun tarixində dövlət başçılarının iştirakı ilə Daşkənddə Ulu Öndərin adını daşıyan küçədə Heydər Əliyev Meydanının açılışı olub. Dost ölkədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr də iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.
Təhsil sahəsində genişlənən əməkgaşlıq
Azərbaycanla Özbəkistan arasında genişlənən mədəni-humanitar diplomatiyanın mühüm bir istiqamətini təhsil sahəsində sıx əməkdaşlıq təşkil edir. Qardaş ölkənin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır ki, bu da son dərəcə qürurvericidir. Bu təhsil müəssisəsi 1935-ci ildə Orta Asiya Dövlət Universitetinin bazası əsasında yaradılıb. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı universitetinin qarşısındakı meydanda dahi Nizaminin büstünün açılışı olub. 2008-ci ildə isə təhsil müəssisəsinin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə 2023-cü ilin oktyabr ayında Urgənc Dövlət Universitetində tanınmış ədəbi və ictimai xadim Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub. Açılış mərasimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təşkil edilib. Qeyd edək ki, Özbəkistanın Xarəzm vilayətinin qocaman ali təhsil ocaqlarından olan Urgənc Dövlət Universiteti 1925-ci ildə yaradılıb və hazırda universitetin 9 fakültəsində 93 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır.
Prezident İlham Əliyev bildirib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Məktəbin açılışı 2023-cü il 23 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə baş tutub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk.
Cəmiyyətlərin bir-birinə dərin rəğbəti
Yuxarıda vurğuladığımız kimi, hər iki ölkənin xalqları, cəmiyyətləri bir-birinə dərin rəğbət bəsləyir. Bunun təzahürü olaraq media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.
Gəmiyyətlərin yaxınlaşmasından bəhs edərkən regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. İndiyədək Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. “Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58

