Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

23.08.2026 [21:57]

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel elektron viza sisteminin yaxın vaxtlarda tətbiq olunacağını açıqlayıb. İlkin mərhələdə sistem Ermənistan, Nigeriya və Suriya vətəndaşlarını əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu üç ölkənin vətəndaşları müvafiq elektron müraciətə baxıldıqdan sonra Şimali Kiprə səfər edə biləcəklər.

Ü.Ustel bildirib ki, ŞKTC hakimiyyəti ölkəyə kimin və hansı məqsədlə gəldiyi barədə tam məlumata malik olmağa çalışır. “Bu məqsədlə Göç-Sis (miqrasiya portalı) və E-Vize sistemləri tətbiq edilib. Nəzarət sərhəd-keçid məntəqələrində deyil, hələ ölkəyə gəlməzdən əvvəl, yəni elektron yoxlama və təhlükəsizlik qiymətləndirməsi mərhələsində başlayacaq”, - deyə hökumət başçısı bildirib.

Üstelin sözlərinə görə, Suriya, Nigeriya və Ermənistan vətəndaşlarının konsulluq vizası almaq üçün hazırda qüvvədə olan müraciət proseduru ləğv edilərək elektron viza sistemi ilə əvəz olunacaq.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31