Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

23.08.2026 [23:15]

Kamçatka təbiət parkında güclü yağışlar səbəbindən yolların yuyulması nəticəsində köməksiz qalan 100-dən çox turistin təxliyəsi üçün vertolyot və avtobuslardan istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə bu gün regional hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xilasetmə əməliyyatı zamanı insanlar əvvəlcə vertolyotla təhlükəsiz əraziyə, daha sonra isə avtobuslarla Petropavlovsk-Kamçatskiyə aparılacaqlar. "Ölü Meşə" və "Kleşnya" ərazilərindən təxliyə işlərinə saat 16:00 radələrində başlanması nəzərdə tutulur və hazırda son hazırlıqlar görülür.

Xatırladaq ki, avqustun 22-də güclü yağışlar səbəbindən Ploski Tolbaçik vulkanı yaxınlığındakı giriş yolu yuyulub və Studenaya çayında suyun səviyyəsi kəskin artaraq yolu keçilməz edib. Nəticədə müxtəlif tur şirkətlərinin xətti ilə bölgədə olan 100-dən çox turist Klyuçevskoy Milli Parkında qalmışdı. Hakimiyyət orqanları kifayət qədər qida ehtiyatına malik olan turistləri təkbaşına hərəkət etməməyə və xilasedicilərin gəlişini gözləməyə çağırıb. Klyuçevskoy Milli Parkına girişlər isə müvəqqəti olaraq dayandırılıb.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31