Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

23.08.2026 [20:32]

Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda Anadolunun qapılarını türklərə açan Malazgirt döyüşünün 955-ci ildönümünün qeyd olunması məqsədilə həyata keçirilən hazırlıq işləri yekunlaşıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, tarixin gedişatını dəyişən qələbənin ildönümü münasibətilə rayonun Çarho bölgəsindəki Rəcəb Tayyib Ərdoğan adına Ahlat Milli Parkında genişmiqyaslı tədbirlər planlaşdırılıb.

Parkda Səlcuqlu motivləri ilə bəzədilmiş ənənəvi "Xan Otağı" və 50 tematik çadır qurulub. Avqustun 23-dən 25-dək davam edəcək tədbirlər çərçivəsində atlı oxatma, kökbörü, atçılıq akrobatikası, güləş, həmçinin əl işləri bazarı, kaman və ox emalatxanası, yerli məhsul köşkləri fəaliyyət göstərəcək. Türk və digər qardaş xalqların bayraqları ilə bəzədilən park Səlcuq mədəniyyətini gələcək nəsillərə ötürməyi hədəfləyir.

Üç gün davam edəcək proqrama kökbörü final matçı, həmçinin "SOLOTÜRK" və "Polad Qanadlar" komandalarının nümayişləri daxildir. Bitlis valisi Əhməd Karakaya tədbirlərdə yüksək səviyyəli rəsmi şəxslərin və vətəndaşların iştirak edəcəyini, təhlükəsizlik və təşkilati məsələlərin tam təmin olunduğunu bildirib. Milli birliyi və qardaşlığı təbliğ edən bu möhtəşəm bayram ictimaiyyətin hər bir təbəqəsi üçün açıq olacaq.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31