Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

23.08.2026 [20:53]

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-nin İrana qarşı aqressiv siyasətinin qlobal miqyasda ciddi fəsadlar doğurduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri bir çox ölkəni nüvə silahı əldə etməyi düşünməyə vadar edib və dünyada nüvə qeyri-sabitliyi atmosferi yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Möhsün Rzaei bildirib ki, ABŞ rəhbərliyinin İrana qarşı addımları – xüsusən də Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) üzvlüyün təcavüzün qarşısını almaqda təsirsiz olması digər dövlətlərin də atom silahına marağını artırıb. O, Vaşinqtonun siyasətinin nüvə təhlükəsizliyini deyil, əksinə, qeyri-sabitliyi gücləndirdiyini vurğulayıb.

M.Rezayi, həmçinin ABŞ-nin diplomatiyaya xəyanət etdiyini və ikitərəfli anlaşma memorandumlarındakı öhdəliklərini pozduğunu iddia edib. O əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar İranın hərbi strategiyasında və xarici siyasət davranışında dəyişikliklər baş verməlidir.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31