Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

24.08.2026 [22:58]

Avqustun 24-nə keçən gecə pilotsuz uçuş aparatları Rusiyanın Adıgeysk, Mahaçqala, Nevinnomıssk və Krasnodar şəhərlərində “Ozon” şirkətinin logistika mərkəzlərinə hücum edib.

AZƏRTAC şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, Mahaçqaladakı logistika mərkəzinə hücum nəticəsində bir neçə əməkdaş xəsarət alıb, obyektdə yanğın baş verib. Adıgeysk və Nevinnomısskdakı əməkdaşlar arasında xəsarət alan olmayıb, obyektlərə və mallara ciddi ziyan dəyməsi qeydə alınmayıb.

Krasnodarda da pilotsuz uçuş aparatlarının hücumundan sonra “Ozon”un anbarında yanğın baş verib. Əməkdaşlar operativ şəkildə təxliyə edilib, onların arasında xəsarət alan olmayıb. Obyektə tədarüklərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Avqustun 24-nə keçən gecə Krasnodar pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Diyarın qubernatoru Veniamin Kondratyevin məlumatına görə, pilotsuz uçuş aparatlarından birinin qalıqları özəl uşaq mərkəzinin üzərinə düşüb. Nəticədə iki uşaq həlak olub, daha yeddi azyaşlı xəsarət alıb. Həmçinin iki böyük şəxs xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Bundan əlavə, pilotsuz uçuş aparatlarının qalıqları bir neçə çoxmənzilli yaşayış binasına və tikilməkdə olan obyektə düşüb.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31