Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Norveç kralı V Haraldın səhhəti pisləşib

Norveç kralı V Haraldın səhhəti pisləşib

24.08.2026 [10:30]

Xəstəxanada müalicə alan Norveç kralı V Haraldın səhhəti pisləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Avropa mediası Kral Sarayının bəyanatına istinadla məlumat yayıb. “Əlahəzrət Kralın səhhəti həftəsonu pisləşib. Kral bakterial qan infeksiyası səbəbindən antibiotik müalicəsi alır”, - deyə açıqlamada bildirilir. Eyni zamanda, saray onun vəziyyətinin ümumilikdə stabil olduğunu və müalicənin nəticə verdiyini də qeyd edir.

V Harald 89 yaşındadır və Avropanın ən yaşlı dövlət başçısı hesab olunur. Monarx bu həftənin əvvəlində xəstəxanaya yerləşdirilib.

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31